Payız mövsümü, balıq ətinin daha çox yeyilmə zamanının gəldiyini nəzərə alaraq balıq alanda nələrə diqqət etmək lazımdır? Təzə balığı ayırd etmənin yollarını bilmək və köhnə balıq ətindən zəhərlənmənin qarşısını almaq üçün nələrə diqqət etməli olduğunuzu bilmək üçün oxuyun.

Hələ çar Rusiyasının dövründə Pyotr balıq satanları oturmağa qoymurdu, hətta belə bir fərman imzalamışdır və bu qaydanı pozanları cərimə etdirirdi. Nəyə görə çünki balıq tez xarab olduğundan ayaq üstə duran insan əziyyətinə görə balığı tez satmaq istəyirdi və sonda insanlarda təzə balıq almış olurdular.

Təzə balıq əlamətləri:

  • İyləyəndə yosun və ya dəniz iyi verir.
  • Gözləri çölə qabarmış olur.
  • Qəlsəmələri açıq qırmızı rəngdə olur.
  • Pulları dartan zaman tez qopmaz
  • Xarici görünüşü parlaq olur.
  • Barmaqla basdıqda iz qalmaz
  • Suda batar
  • Ağzı qapalı olar
  • Qarnı çox şişməz.

Köhnə balıq əlamətləri:

  • Köhnə balıqdan xoşagəlməz iy gələr.
  • Gözlər parlaqlığın itirər və içəri batmış olar.
  • Barmaqla basdıqda iz qalar və boş olar.
  • Qəlsəmələri tünd qırmızı rəngdə olar.
  • Balıq xaricdən solğun görünür bəzi yerlərdə pullar tökülər.
  • Qarnı şar kimi şişər.

Balıq faydalı qidadır, əsasən də okean balıqları, çünki tərkibində spermasit adlı maddə daha çox olur və həmin maddə bol olan balıqlardan balıq yağı hazırlanılır. Həm uşaqların əqli və fiziki cəhətdən inkişafı üçün, həm yaşlılarda kalsium sorulmasını yaxşılaşdırmaq üçün balıq yağa əvəzsizdir.

(1,347 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.