Bədənimizin müxtəlif yerlərində əmələ gələn qaşınmalar bəzən aylarla çəkə bilir, əgər daxili bir problem yoxdursa, yalnız dəridən qaynaqlanan qaşınmadırsa onda bu asan resept sizlərə kömək edəcək inşAllah. Bir ovuc buğda kəpəyini yarım litrə suda 5 dəqiqə vam odun üstündə qaynadın, ilıq olana qədər gözləyin, sonra qaşınan yerlərə tez-tez kompress edin, qaşınmalar yavaş-yavaş azalacaqdır inşAllah.

Dərinizin hamar, parlaq, səpgisiz olmasını istəyirsinizsə, 1 kq buğda kəpəyini 5-6 litr suda 15-20 dəqiqə qaynadın, sonra suyu süzün və bu suyu hamam vannasındakı suya əlavə edib vanna qəbul edin, bu proseduru istədiyiniz vaxt və istədiyiniz qədər qəbul edə bilərsiniz.

(712 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.