Sünnət olunmaq hələ İbrahim peyğəmbərin dövründən vacib bilinirmiş və yəhudilər sünnət olunurmuş. “Məgər Allah bizi əksik yaradıb kı, bizlər onu tamamlayaq” – deyən və sünnətin lazım olmadığını vurğulayan insanlar var. Mənim fikrimcə, bu yanlış bir fikirdir. İnsan oğlunun saçları, dırnaqları uzandıqca bunları kəsdiyi kimi sünnət olunmaq da vacibdir. Sünnət haqqında hədislərdə bir hikmət vardır. Ümumiyyətlə uşaq nə qədər tez sünnət edilsə, bir o qədər yaxşıdır, 1 yaşına qədər uşaqlar ağrını az hiss edir və tez sağalırlar. Sünnət olunmayanlarda fimoz adlı xəstəlik inkişaf edir, bu, cinsiyyət üzvünün çıxacağında irinli iltihabın əmələ gəlməsidir və sidiyə gedən zaman yandırıcı ağrı ilə müşayiət olunur. Əmələ gəlmiş iltihab infeksiya mənbəyinə çevrilir və qarşı cinsə də keçə bilir. Sünnət olunanlarda isə belə xəstəliklər olmur. Sünnət olunmuş kişilər cinsi həzzi sünnət olunmayanlardan daha çox alırlar. Həm gigiyena, həm sağlamlıq, həm də cinsi həyat baxımından sünnət olunmaq olunmamaqdan üstündür.

(840 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.