Sünnət olunmaq hələ İbrahim peyğəmbərin dövründən vacib bilinirmiş, yəhudilər və müsəlmanlar sünnət olunurlardı. Bəzi insanların fikirlərinə görə sünnət olunmaq lazım deyil, məgər Allah bizi əksikmi yaratdı kı, bizlər onu tamamlayaq. Mənim fikrimcə, bu yanlış bir fikirdir, çünki insan oğlunun saçları, dırnaqları da var, bəs nədən bunları kəsir, deməli sünnət haqqında da hədislərdə bir hikmət vardır. Sünnət olunmaq yaxşı olar ki, 1 yaşına qədər olunar, ümumiyyətlə nə qədər tez olunsa, bir o qədər yaxşıdır, çünki bu zaman uşaqlar ağrı hiss etmir və tez sağalırlar. Sünnət olunmayan insanlarda fimoz deyilən bir xəstəlik əmələ gəlir, bu cinsiyyət üzvünün çıxacağında bir iltihablanma əmələ gəlir və sidiyə gedən zaman bir yandırma və ağrı əmələ gəlir, bundan sünnət olunmuş insanlarda ise belə xəstəliklər olmur. Sünnət olunmayan kişilərdə əmələ gəlmiş iltihablanma bir xəstəlik ocağıdır və bu zaman iltihab qarşı cinsə də keçə bilir. Sünnət olunmuş kişilər cinsi həzzi sünnət olunmayanlardan daha çox alırlar. Sonda həm gigiyena baxımından, həm sağlamlıq baxımından, həm də cinsi həyat baxımından sünnət olunmaq olunmamaqdan üstündür.

(581 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.