Bağırsaq çatları daha çox xanımlarda hamiləlik zamanı əmələ gəlir və çox üzücü bir xəstəlik olub illərlə müalicə olunmasına baxmayaraq müalicəyə tabe olmur.

Kişilərdə də əmələ gələ bilir, daha çox babasildən sonra əmələ gəlir. Daxili babasil çatı üçün həm vanna, həm Şam yazıram, yaxşı olar hər ikisindən birlikdə istifadə olunsun, amma ayrı-ayrılıqda da istifadə edə bilərsiniz. Deməli hər gün bir dəfə 3 litr süd qaynadılır, içinə 6-9 ədəd böyük kiçikliyindən asılı olaraq baş soğan atılır, 15 dəq vam odda qaynadılır, sonra bu südlə vanna edilir, gündə 1 dəfə yarım saat vanna edilən zaman süd soyuyarsa üstünə qaynar su əlavə edə bilərsiniz.

Şam hazırlanma qaydası: Lazım olanlar – propolis, mum, kakao yağı hər birindən 50 qram götürülür əridilərək bir –birinə qarışdırılır, sonra Şam düzəldilir, soyuducuya qoyulur, hər axşam yatmazdan əvvəl bir Şam düz bağırsağa qoyulur. Sağalana qədər bu müalicəni davam etmək lazımdır.

(1,379 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.