Dəyərli dostlar, bəzən bizim öz dərdlərimiz öz əllərimizdədir, desək yanılmarıq, çünki zeytun çəyirdəyi də bizim öz əlimizdə olan dərdlərimizin çarəsidir. Deməli əvvəlcədən onu deyim ki. zeytun çəyirdəyi zeytun yağından tərkibcə daha zəngindir və çəyirdəyin ortasını kəsdikdə ortasında kərə yağına bənzər bir təbəqə vardır ki, bu yağ çox zəngin minerallara və vitaminlərə malikdir. Zeytun çəyirdəyi çox güclü antioksidantdır, şiş xəstəliklərinin müalicə və profilaktikasında yaxşı nəticələr vermişdir. Gündə 3 dəfə yeməkdən əvvəl 3 ədəd zeytun çəyirdəyi udsanız aşağıda yazdığım xəstəliklərə faydasını görəcəksiniz, zeytun çərdəyini yaxşı olar ki özünüz yetişmiş, qaralmış zeytunları toplayıb mətli hissəsini sürtkəcə sürtüb ayırın (xatırladım ki, onuda atmayın sıxıb yağını ala bilərsiniz bu çox keyfiyyətli bir soyuq üsulla alınmış yağdır), tumlarını isə qurudub saxlaya bilərsiniz, yaxşı olar ki udmazdan öncə uc hissələrini qayçı və ya kəlbətinlə qoparın ki, udanda boğaza və ya mədə bağırsağa ilişib ziyanlıq törətməsin. Qurudandan sonra üyüdüb tozunu da istifadə edə bilərsiniz. Zeytun tumu mədə turşuluğunu udan kimi götürür, qastrit erroziyaları 10-cu günündən sonra ağrılarını azaldır, sağaldır, bağırsaq kolitlərində (yaralarında) faydalıdır, qəbizliyi aradan götürür, babasili müalicə edir. Bir ay istifadədən sonra dərinizdə bir parlaqlıq görəcəksiniz, insanda bir cavanlq əlamətləri görünür, hormonal pozuntuları olanlar üçün faydalıdır, öd qatılığından əziyyət çəkənlər üçün faydalıdır, mədəaltı vəzidə olan iltihablanma üçün faydalıdır.

Deməli belə bir resept də deyim yetişmiş qara zeytunları yığın kəlbətinlə əzib 2 kq-lıq balonun yarısına qədər doldurun, üstünə alma sirkəsi əlavə edib balonu tam doldurun, ağzını tənziflə bağlayıb ən azı 1 ay gözləyin, bir aydan sonra süzün şəkər xəstəliyində, yüksək təzyiqdə, qan damar tıxanıqlığında, yüksək xolesterində, piylənmələrdə, infarktda, atrosklerozda və bu kimi xəstəliklərdə gündə 3 dəfə yeməkdən sonra 1 xörək qaşığı 1 stəkan su ilə qarışdırıb için. (unutmayın kəlbətinlə əzəndə çalışın zeytunun tumları qırılsın, çox bərk deyil, tez qırılır, mən qırıb yoxlamışam).

(1,716 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.