Xırnik meyvəsinin tərkibində çox miqdarda təbii şəkər var ki, bu da həmin meyvəni enerji deposu kimi qiymətləndirməyə imkan verir. Bol-bol yeyilməsi bədəndə qlükozanın depolanmasına və sərt qış aylarında orqanizmi infeksiyalardan qorumağa yardım edir. Tərkibi yodla zəngindir, həm hamilə qadınların, həm də uşaqların ən sevimli meyvəsi olmalıdır, çünki yod beynin inkişafını, zehni fəaliyyəti artırır, uşaqların əqli cəhətdən qüsursuz doğulmasına yardımçı olur. Zob xəstəliyinin müalicəsində əvəzolunmaz bir qidadır, qadınlarda kistaların, düyünlərin və mastopatiyanın qarşısını alır. Şərq xurmasının tərkibində olan büzücü təsirli tanin maddəsi mədə-bağırsaq yaralarının müalicəsini sürətləndirir. Şərq xurması yeyənlərdə sümük əriməsi və oynaq ağrılarına az rast gəlinir, həmçinin qanda hemoqlobin göstəricisini, yəni qanın faizini yüksəldir, başgicəllənmələrini aradan qaldırır. Xırniyin tərkibindəki karotin bizim gözlərimiz üçün əvəzsiz qidadır, karotin gözlərin görmə qabiliyyətini yaxşılaşdırır, dərini gözəl və sağlam edir, qaraciyəri təmizləyir, böyrək daşı və öd daşı xəstəliklərinin qarşısını alır.

(3,346 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.