Bu yaxında İsmayıllıya getmişdim, çox gözəl bir mənzərə vardı, deməli xirnik ağacının yarpaqları tökülüb meyvələri qalıb “çox yaxşı görünür,”- dedim, amma yanımdakılar “bunun nəyi gözəldir, bu meyvə ən hörmətsiz meyvədir” – dedilər, dedim ki, meyvənin də hörmətlisi və ya hörmətsizi olar? məlum oldu ki, hörmətsizdir deyə çox az yeyilirmiş.

Xirnik bizim nemətimizdir, bilsəniz nə qədər zəngin bir tərkibi var, onda belə deməzsiniz. Xirnik meyvəsinin tərkibində çox miqdarda təbii şəkər var, bu meyvənin başdan-başa enerji deposudur deməkdir. Bol-bol yeyin, qarşıdan sərt qış ayları gəlir, orqanizmimizdə depolanan qlükoza qışda bizim yardımçımız olacaqdır. Tərkibində zəngin yod vardır, həm hamilə qadınların, həm də uşaqların ən sevimli meyvəsi olmalıdır, yod beyin inkişafını, əqli zəkanı artırır, hamilələrdə doğulan uşaqların əqli cəhətdən qüsursuz doğulmasına yardımçı olur. Zob xəstəliyinin müalicəsində əvəzolunmaz bir qidadır,qadınlarda əmələ gələn kistalar, düyünlər və mastopatiyalar zamanı xirnik ən gözəl qidadır. Kişilərdə də polip və ya düyünlər olarsa gündə 2-3 ədəd xirnik yesinlər. tərkibindəki büzüşdürücü (tanin maddəsi) mədə bağırsaq yaralarının müalicəsində təbii çarədir, qıcolmalardan, sümük ağrılarından, əsəbdən əziyyət çəkənlər xirniyin həm təzəsindən, həm də qurudulmuşundan bol-bol yesinlər, xirnik yeyən insanlarda sümük əriməsi və oynaq ağrıları olmaz, sümükləri əriməz,.qan azlığından əziyət çəkənlər üçün də əvəzsiz qidadır, xirnik qanın faizini yüksəldir, başgicələnmələrini aradan qaldırır. Xirnikdən bol-bol yeyənlər qocalanda dəli olmazlar, çünki xirniyin tərkibindəki polifenollar karotin və sair maddələr damarları elasikləşdirir, beyin qidalanmasını yaxşılaşdırır, bizi gələcəkdə xərçəng olmaqdan sığortalıyır. Xirnik damarların içini təmizlədiyindən belə insanlar ürək xəstəliklərinə (ateroskleroz infarkt) tutulmazlar. Xirniyin tərkibindəki karotin bizim gözlərimiz üçün əvəzsiz qidadır, karotin gözləri işıqlandırır, dərini gözəlləşdirir, qaraciyəri təmizləyir. Xirnik bol yeyən adamların böyrəklərində və ödündə daş əmələ gəlməz.

(1,950 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.