İndiki zamanda dərmanların qiymətlərinin at belinə qalxması o demək deyil dərmanlar hər şeyə çarədir, bu yazdıqlarımı oxuyun görəcəksiniz ki, zəyərək dərdlərimizin həqiqətən mükəmməl bir çarəsidir. Zəyərək mənim ən çox istifadə etdiyim bitkilərdən biridir. Zəyəryin tərkibində həm omeqa 3, həm də omeqa 6 yağ turşuları vardır, bunlar böyüməkdə olan uşaqların beyin inkişafı üçün mükəmməl bir çarədir.

Zəyərəkdən hamilə qadınlar ehtiyyatla istifadə etsinlər, zəyərək doğulacaq olan uşağın beyin inkişafı üçün əla bir vasitədir, amma ishal olmağa nəzarət etmək lazımdır. Zəyərəyi qida borusu yaraları, mədə, bağırsaq yaraları zamanı yeməkdən yarım saat əvvəl dəmləyib çayını için, çox yaxşı təsir edir. Mədə qıcqırmasını, turşuluğu götürür, öd istehsalını artırır, qəbizlik üçün mükəmməl bir vasitədir, çünki bağırsaqları təmbəlləşdirmir. Zəyərək toxumlarını qatığa, kefirə də qarışdırıb yeyə bilərsiniz. Tərkibində zəngin kalsium vardır ki, qatığa qarışdırıb yeməklə sümük əriməsi kimi dəhşətli bir xəstəliyi müalicə edə bilərsiniz və gələcəkdə də belə xəstəliklərə tutulmazsınız. Tərkibindəki zəngin yağ turşuları damarların içini təmizləyir, yüksək xolesterini aşağı salır, beyin qidalanmasını yaxşılaşdırır, yaddaşsızlığı müalicə edir. Gözlərimiz üçün əvəzolunmaz bir müalicə vasitəsidir. Zəyərək bağırsaq daşlarını və bağırsaq şlaklarını təmizləyir. Əgər həkim kiməsə bol balıq yeməyi məsləhət görmüşsə və balıq yeyə bilmirsinizsə onda zəyərək toxumu qatığa qarışdırıb yeyin, zəyərəyin tərkibindəki omeqa 3-lə balığın tərkibindəki omeqa 3 eyni təsirləri edir. Zəyərək sinir sisteminə də rahatlaşdırıcı, əsəb sakitləşdirici bir təsir edir. Arıqlamaq istəyənlər üçün də əla bir vasitədir, beləki yeməkdən yarım saat əvvəl 1-2 çay qaşığı zəyərək tozunu və ya yağını 1 kasa qatığa qarışdırıb yeyin, bu iştahı azaltmaq üçün əla bir vasitədir. Zəyərəyin tərkibindəki antioksidantlar insanı gələcəkdə xərçəng olmaqdan qoruyur. Sonda bütün dərman bitkiləri kimi zəyərəyi də həddən çox istifadə etmək olmaz, çox istifadə ishala və ürəkbulanmalara səbəb ola bilər.

(1,243 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.