Mənim üçün bu hədislər çox maraqlı olduğundan fikirləşdim ki, hamı üçün maraqlı olar və toplayıb paylaşdım. Ən azından bu hədisləri gündəlik həyatımıza tətbiq edə bilərik.

Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm)-dən bitkilərin faydası haqqında hədislər: Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) bitkilərin faydaları haqqında dəyərli məlumatlar vermiş və istərdim ki, bu bitkiləri oxuyub məlumatlanasınız.

Xına – xınaya davam edin, saçlarınızı parladır möhkəmləndirir, insan bədəninə qüvvət verir.

Mərcimək – mərciməyi yeməyə davam edin, mərcimək və yemişi peyğəmbərlər həmişə tərif etmişlər. Heyva – heyva yeyin, heyva sıxıntını aparar, köksünüzdəki bəlğəmi və kiri təmizlər, qəlbə qüvvət verər, hamilə qadın yeyərsə doğulan uşağı gözəl olar.

Yumurta – yumurta yeyin, yumurta bədən zəifliyini qaldırar, bədəni qüvvətləndirər.

Əncir – əncir yeyin, əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, mən əncir deyə cavab verərdim. Əncir babasili aradan qaldırar, bağırsaqları yumşaldar.

Xardal – xardal və acıtərə toxumuna qiymət verin, Allah C.C. onları hər dərdə şəfa qılmışdır.

Sarımsaq – çiy sarımsaq yeyin, əgər mən həzrəti Cəbrayılla görüşməsəydim, mən də yeyərdim. Kəklikotu, Mirra (ətirli qətranı bol olan ağacdır),Yovşan – evlərinizi bu bitkiləri yandıraraq tüstülədin. Nar – narı pərdəsi ilə birlikdə yeyin, pərdəsi ilə birlikdə yeyilmiş nar mədəni təmizlər.

Düyü – yerdə bitən hər bir şeydə şəfa və zəhər vardır, düyüdə isə yalnız şəfa vardır.

Nərgiz – nərgiz çiçəyini qoxlamağa davam edin, cüzamdan əmələ gəlmiş ürək sıxılması və dəliliyi nərgiz qoxusundan başqa heçnə apara bilməz.

İnək südü – inək südünü için, inək südü şəfa yağı, dərdlərə dərmandır.

Reyhan – reyhan çiçəyi kimə verilsə alsın, daşınması yüngül, qoxusı gözəldir (reyhan yemək qəlbi rahiyyələndirir)

Kasnı – kasnını yumadan yeyin, çünki cənnətdən üzərinə hər gün su damlası düşür (və ya cənnətdən mələklərin suladığı bir bitkidir)

Ət – ət yemək insanın əxlaq və cəmalını gözəlləşdirir, dünya və axirət yeməklərinin başı ətdir (başqa hədislərdə isə hər gün ət yemək bəyənilmir, əti ara sıra az-az yemək bəyənilir.

Göbələk – 3-5 ədəd göbələyi sıxdım, suyunu ağrıyan bir kənizin gözlərinə sürmə kimi çəkməsini söylədim, göz ağrıları keçdi

Zeytun yağı – plevrit olanlara peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) zeytun yağı içməyi və ardıcdan istifadə etməyi məsləhət görmüşdür. Başqa bir hədisdə plevrit zamanı zeytun yağı ilə ud hindini məsləhət görmüşdür. Zeytun yağını için və bədəninizi yağlayın, çünki zeytun ağacı mübarək bir ağacdır.

Qarazirə və ya çörəkotu – qarazirəyə qiymət verin, çünki qarazirə ölümdən başqa hər dərdə davadır. Udhindi – ud hindini qiymətləndirin, ud hindi 7 dərdə çarədir, müalicələrin ən yaxşısı hicama və ud hindi ilə müalicədir.

Balqabaq – balqabaq və arpa peyğəmbərlər yeməyidir. Balqabaq yemək damağı qüvvətlədirir, ağılı dərinləşdirər.

Kül – Uhud savaşında peyğəmbərimiz səlləllahu aleyhi və səlləm başından yaralanır həzrəti Əli Allahın salamı üzərinə olsun su daşıyır, Fatimə anamız Allah ondan razı olsun isə axan qanı yuyurdu, amma qan durmurdu, bu zaman Fatimə anamız bir bez parçasını yandırdı və axan qanın üstünə qoydu, qan kəsdi.

Təlbinə şorbası – təlbinə şorbası bir pəhriz yeməyi olub xəstəliklər zamanı yeyilərsə çox şəfalı olur. Şorba mədəni qüvvətləndirər, insanın xəstəli vaxtı düşdüyü sıxıntıdan azaldar.

Şorbanın hazırlanması: Kəpəkli una bal, süd əlavə olunub bişirilir. Təlbinə şorbası qurumuş bağırsaları nəmləndirər və yaxşı işlədər.

Quranbal – 2 şəfa qaynağına davam edin, onlar Quran və baldır. Halal qazancla bal alınarsa və yağış suyu ilə şərbət hazırlanıb içilərsə ölümdən başqa hər dərdə dərmandır.

Çörək – çörəyə diqqət edin, çörəyi uca Allah göylərin bərəkətindən endirmişdir.

Lobya – bir kimsə paxla yeyərsə və yediyi lobyaların sayı qədər bədəndən xəstəliklər çıxar.

Sizlərə səna otu ilə kərə yağını, adi zirə ilə bal qarışımını yeməyi tövsiyyə edirəm, bunlar ölümdən başqa hər dərdə dərmandır.

İshal – bir səhabə ya peyğəmbər qardaşım ishal olub çarə istədi peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) soyuq bal şərbəti içməsini məsləhət gördü.

Dəvə südü – otlayan dəvənin südü əsəb pozğunluğu üçün çarədir.

İçində xurması olmayan ev acdır.

Əncir – hər kəs ürəyinin düz çalışmasını istəyirsə əncir yeməyə davam etsin.

Ey Ayişə, şorba bişirdiyiniz zaman balqabağını çox qoyun. Balqabaq üzüntülü insanların könüllərini qüvvvətləndirər.

Yemiş – yeməkdən öncə yeyilmiş yemiş qanı yandırar, xəstəlikləri aparar.

Kəvər – babasil xəstəliyi olan İbni Abbasa kəvər çiçəklərini yığıb döy, sonra sulandırıb içərsən.

Xına – ayağımız ağrıyır deyənlərə xına qoy deyə buyuruldu.

Göbələk – insanın əkib biçmədiyi göbələyin suyu göz xəstəliklərinin dərmanıdır.

Cəfəri – yatmazdan əvvəl cəfəri yemək yuxunu dərinləşdirər, diş ağrılarını azaldar.

Nar – narların içində elə bir nar yoxdur ki, içində cənnətdən bir gilə olmasın.

Sarımsaq – sarımsaq yeyin və onunla müalicə olunan sarımsaq 70 dərdə dərmandır.

Səna – əgər ölümün çarəsi olsaydı, o səna olardı.

Sirkə – sirkə nə gözəl bir qatqıdır. ALLAHIM sirkəni bərəkətləndir, çünki sirkə məndən əvvəl gələn peyğəmbərlərin də qatqısı idi, sirkəsi olan ev qatqı əziyyəti çəkməz.

Üzüm – üzüm yeyin, yorğunluğu aparır, sinirləri qüvvətləndirir, öskürəyi durdurar, bir insan gündə 21 ədəd quru qara üzüm yesə cəsədində xoşlamadığı bir şey qalmaz.

Zəmzəm suyu – Zəmzəm suyu hansı niyyətlə içilərsə onun üçündür, əgər şəfa tapmaq niyətilə içilərsə şəfa verər, susuzluğu aparmaq üçün içilərsə susuzluğu aparar, aclığı aparmaq üçün içilərsə doyurar, çünki o su ALLAH c.c. həzrəti İsmailə içirtdiyi mübarək bir sudur və həzrəti Cəbrailin ayağı qazıb çıxardığı bir sudur.

Vəba xəstəlyi – vəba xəstəliyindən şirdən qorxub qaçdığınız kimi qaçın.

(2,266 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.