Bir tanışım mədə ağrısından mənə şikayət etdi və çarə istədi, yoxlanışdan sonra mədəsi üçün müalicə yazdım, bir müddət sonra yenə də tanışım mədəsindən şikayət etdi və mən yenə müalicə yazdım, amma effekt olmadı. Yenə də dərindən araşdırdım məlum oldu ki, tanışım hər gün dizlərinə ağrıkəsici mazlar vurur, artıq hər şey aydın idi, mədə ağrısı dizlərə vurulan ağrıkəsicilərdən sonra əmələ gəlmişdi, çünki dəriyə vurulan mazlar dəridən qana sorularaq mədə bağırsaqda yara əmələ gətirir, başqa vasitələr yazdım və ağrıkəsici mazlardan istifadə etmədi və az bir zamanda mədə ağrıları keçdi. Bu hadisədən sonra apteklərdə satılan ağrıkəsici mazları araşdırmağa başladım və təxminən 35ə yaxın ağrıkəsici kremlərə baxdım, heç biri tam təbii bitki tərkibli deyildilər, hətta bəzilərinin üstündə bitki şəkli olsa da təsiredici maddələr yenədə kimyəvi maddələr idi. Bütün bunlar alıcıları aldatmaq üçündür ki, guya təbiidir və sonda tam təbii ağrıkəsici krem hazırlamaq istədim təxminən 2 ilə qədər vaxt keçsə də sonda Əlhəmdülillah ağrımaz kremini hazırlayıb başa vurduq.

Ağrımaz kremini hər gün dəfələrlə istifadə etsəniz dəridən sorulub mədə bağırsağa heç bir ziyanlı təsir göstərmir və ağrıkəsici xüsusiyyətlərinə görə heç də kimyəvi preparatlardan geri qalmır. Tərkibindəki bitkilər əvvəlcə dəriyə soyuducu effekt verir, sonra isə qızışdırıcı təsir göstərir, ağrı olan hissələrin qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə keyidici bir təsir göstərir.

(1,200 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.