Yaponiyada belə bir təcrübə aparmışlar, suya müxtəlif səslər, musiqilər və Quran oxuyub, suyun molekul quruluşlarına fikir vermişlər və maraqlı nəticələr alınmışdır. Suya rok musiqisi oxuyanda su molekulları nizamsız, qarışıq bir vəziyyətə düşmüş və ən nizamlı harmonik düzülüş isə Quran oxunanda baş vermişdir.

Bu xəbəri yəqin ki, çox adam bilir və belə deyək, mənim üçün yeni bir xəbər deyil, amma maraqlısı belədir. Deməli, nəzərə alsaq ki, insan bədənin 70 faizi sudan ibarətdir və bizim hüceyrələrimizin 70 faizi sudursa Quran dinləməyə bizim vücudumuzun nə qədər ehtiyacı olduğunu düşünürsünüzmü və ya Quran üzərinə oxunmuş suyun içilməsinə nə qədər ehtiyacımız varmış anlamamışıq.

Bütün bunlardan sonra bir daha bu hədisi düşünməyə dəyər. Peyğəmbərimiz Səlləllahu Aleyhi və Səlləm belə buyurmuşdur, yaz yağışını toplayın, təxminən 4 və ya 5 litrə yaxın və bu suya fatihə, ixlas, fələq, nas surələrinin hərəsindən 70 dəfə oxuyun. Sonra bu sudan gündə 3 stəkan için, bu su bütün dərdlərin şəfasıdır. Baxın niyə yaz yağışı, çünki yazda şimşək daha çox çaxır və havada ozonun səviyyəsi çoxalır. Deməli, bu suda oksigen ionları daha çox olur. Yaz yağışı həm vücudumuz, həm də dünya üçün həyatdır. İkincisi isə Quran oxunan suyun içilməsi, deməli, Quran oxunan suyun molekulları harmonik, nizamlı bir düzülüş əmələ gətirir və oksigenlə zəngin suyun içilməsi isə bizim hücəyrələrimizin nizamlı çalışmasına səbəb olur. Bununla da bədənimiz həm rahat, sağlam olur, həm də oksigen bizim bütün toxumalarımızı qidalandırır. Əlhəmdülillah nə gözəl dinimiz var düşünənlər üçün.

(588 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.