Yadımdadır sovetlər dönəmində dırnaqarası alimlərimiz belə deyərdilər, elm inkişaf etdikcə din cəhalət olaraq qalacaq, amma bu günə baxın elm gündən-günə inkişafdadır. Sonda bu inkişaflar müqəddəs kitabımızda öz əksini tapır. Elm inkişaf etdikcə Quran insanlara açılır, açıldıqca heyrətlənirsən və sonda Əlhəmdülilləh deməkdən başqa söz tapmırsan.
Bu yaxınlarda Robert Gillham adında bir Yəhudi alimi müsəlman oldu. Bu alim Nobel mükafatı almış, dünya səviyyəli bir embrioloqdur. Bu alimin işi dölün ana bətnindən ölənə qədər özünü necə aparmasına həsr olunub. Alim tədqiqatların sonunda belə bir nəticəyə gəlir ki, əgər qadınla kişi boşanıbdırsa, hər bir ay keçdikdən sonra qadının uşaqlıq yolunda kişi spermalarından 25-30 faiz təmizlənilmə baş verir. Deməli, tam təmizlənilmə baş verməsi üçün 3 və ya 4 ay lazımdır. Bu faktı Quranda oxuyan alim həmin müsəlman olur, çünki illərdir işlədiyi nəticələr Quranda tam yazılmışdır.
Maraqlıdır ki, alim yenədə tədqiqatları davam etdirmiş, Afrikada müsəlman bir əyalətə gəlmiş qadınların uşaqlıq yolundan yaxmaları araşdırmış və məlum olmuşdur ki, müsəlman qadınları tər-təmizdirlər, öz ərlərinə məxsus spermadan başqa qarışıq tapmamışdır. Sonra öz həyat yoldaşını müayinə etmiş və heyrətə gəlmişdir, qadının uşaqlıq yolunda 3 kişinin sperması var idi. Sonra uşaqlarının genetik analizini aparmış və məlum olmuşdur ki, 3 uşaqdan yalnız biri öz doğma uşağıdır.
Başqa bir maraqlı hadisəni nəzərinizə çatdırım. Yenə də Yəhudi bir din xadimi müsəlman olur və müsəlman olmasına aydınlıq gətirir, belə deyir – “Mən tam əminəm ki, Quran Allahdan insanlara gəlmiş və insanlar tərəfindən dəyişilməmiş yeganə kitabdır”.
 
Təbbət surəsini araşdıran xadim belə deyir, Təbbət surəsində əbu ləhəbdən bəhs edilir və açıq aydın əbu ləhəbin və qadının hər ikisinin cəhənnəmlik olması barədə məlumat verilir.
 
Xadim araşdırır ki, bu surə əbu ləhəb hələ sağ ikən nazil olub və bu surədən sonra əbu ləhəb düz 8 il yaşayır. Deməli, Quranı bizə göndərən Allah (c.c.) bilirdi ki, əbu ləhəb kafir olaraq öləcək, əks təqdirdə əbu ləhəb yalandan olsa müsəlman olardı və surənin guya yanlış olmasını hamıya sübut edərdi.
 
Bəli, əbu ləhəb əvvəlcə yara tökür, sonra yaraları irinləyir və pis qoxu verməyə başlayır. Elə pis qoxu verir ki, heç kim yanına gəlmir, yeməklərini pəncərədən atıb qaçırlar. Öləndən sonra elə pis qoxu verir ki, heç kim ölünü yumur və yaşadığı evi üstünə uçuraraq heç dəfn də etmirlər.
 
Necə deyərlər, arada papağımızı qarşımıza qoyub düşünməliyik, biz kimik? hardan gəlib hara gedirik?
(711 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.