Artıq biz modern həyata get-gedə daha çox alışırıq, buna görə də tualetlərə həm isti, həm də soyuq sular çəkilir. İnsanlarımızın bəlkə də çoxunun xəbərləri yoxdur ki, soyuq su ilə təharət almağın nə qədər faydaları vardır. Hələ isti su qalsın bir tərəfə, artıq tualet kağızlarından təmizlənmək üçün istifadə olunur ki, bunun da zərərləri haqqında danışacağam.

Deməli, ümumiyyətlə yaxşı olar ki, ictimai yerlərdəki tualetlərə isti su çəkilməsin, çünki isti su ilə yuyunduqdan sonra üfunət iyi çox gəlir. Bundan başqa isti su əzələləri boşaldır, bu isə düz bağırsaqda yerləşən sfinktorların daha çox yığılmasının qarşısını alır (nəticədə böyük bayıra çıxandan sonra isti su ilə yuyunduqdan sonra alt paltarına nəcis dəyir).

İsti su babasil xəstəliyi əmələ gətirir, bunun əksinə olaraq soyuq sudan istifadə etdikdə isə genişlənmiş damarlar yığılmağa başlayır. Daimi soyuq su ilə yuyunan adamlarda qurd olmaz, çünki qurdlar yumurta qoymaq üçün anus dəliyin ətraflarına yumurta qoyurlar, soyuq su ilə yuyunanda qurdlar biraz yuxarıda, yəni düz bağırsağın içində yumurta qoymağa məcbur olurlar.

Sonda insan böyük bayıra çıxan kimi qurd yumurtaları nəcislə tökülür (anus dəliyin ətrafına yumurta qoyanda isə yumurtalar yatan zaman həm yatağa tökülür, həm də əl ilə qaşınan zaman dırnaqların arasına girib təkrar yoluxa bilirlər).

Prostat vəzidən əziyyət çəkənlər üçün soyuq su olduqca faydalıdır. Onu da nəzərinizə çatdırım ki, avtomobil oturacaqlarında quraşdırılmış oturacaq qızdırıcıları həm babasil, həm də prostat vəz xəstəliyi əmələ gətirir.

Kağızdan istifadə etməklə, yəni böyük bayıra çıxandan sonra kağızla təmizlənmək qətiyyən düzgün deyil. Birincisi gigiyenik cəhətdən düz deyil, ikincisi isə kağız nəcis kütləsinin müəyyən hissəsini anus dəliyin ətraflarına yayır.

Zaman-zaman bu nahiyyələrdə qaşınmalar, sonra isə yaralar əmələ gəlməyə başlayır. Bütün bunlardan başqa nəm salfetlər, spirtli pambıqlar, sabundan istifadə etmək də əlavə qıcıqlanmalara yol açdığından məsləhət deyil.

(5,410 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.