Şəkər xəstəliyi haqqında bir çox paylaşımlar etsəm də, yenə də bu reseptin öz yeri var. Çünki bu qarışım şəkərin səbəb olduğu ağırlaşmaları rahatca aradan qaldırır. Məsələn, ağız qurumasını, çox susama hissini aradan götürür, zaman- zaman istifadə olunduqda bir yüngüllük hiss edəcəksiniz və bir müddət sonra qanda şəkərinizin normasına (artıb azalmasına) diqqət edə biləcəksiniz. Və ən əsası xoşagəlim bir dadı vardır və rahat istifadə olunur. Lazım olanlar: 1 çay qaşığı HİL, 1çay qaşığı QARAZİRƏ, 1 çay qaşığı DARÇIN, yarım stəkan QATIQ. Gündə 3 dəfə hər yeməkdən 1 saat sonra bitkiləri toz formada qatıqla qarışdırıb yeyə bilərsiniz. Xatırladım ki, bitkiləri kofemolkada üyüdüb həmən istifadə edəsiniz biraz əziyyətli olsada belə istifadə etmək olduqca faydalıdır. İstifadə müddəti fasiləsizdir, şəkər xəstələri həmişə istifadə edə bilərlər. Bu qarışım şəkərdən başqa yüksək xolesterini aşağı salır, antioksidantdır (xərçəngin müalicə və profilaktikasında istifadə oluna bilər), qaraciyər piylənməsindən və köpdən əziyyət çəkənlər üçün də faydalıdır. Xatırladım ki, qarışım azca qəbizlik verə bilər, əgər qəbizlik versə yarım çimdik novruz şaxtagülü bitkisinin qurudulmuş və üyüdülmüş köklərindən qarışdıra bilərsiniz.

(9,329 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.