Bu günlər ən uzun günlərdəndir ki, Allahın izni ilə bu orucları tuturuq. Nəzərə alsaq ki, həm uzun bir gün və həm də havaların isti keçməsi, günəş altında çox olanlar və ürək problemləri olanlarda bir sıra fəsadlar törədə bilər. Ona görə də səhər imsakda bəzi tədbirlər görmək lazımdır ki, həm çox susuzluq hiss olunmasın, həm də qan çox qatılaşmasın, həm də özümüzü yaxşı hiss edək ki, ən azından sabahkı orucumuzu tuta bilək. Deməli, yaxşı olar ki, iftarla imsak arasında ən azından 3 litr çiy su içilsin, bu çaya, meyvə şirələrinə aid deyil. Çay və meyvə şirələri bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir. Yaxşı olar, 1 ədəd limonu qabıqlı olaraq kiçik-kiçik doğrayıb, 3-4 stəkan çiy suyun içinə atıb, imsak vaxtı içəsiniz. Çalışın imsak vaxtı çay içməyəsiniz, içmək istəsəniz açıq və limonlu çay için. Susuzluğun qaşısını almaq üçün 1 çay qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suda dəmləyib, bunu həm isti vəziyyətdə, həm də soyuq vəziyyətdə içə bilərsiniz. Məkkəgülü çayını yeməkdən sonra içmək lazımdır. Təzyiqi aşağı olanlar 1 stəkana 1 çay qaşığı bal və ya bəkməz qarışdırıb içə bilərlər. İmsakda içilən çiy suya təbii alma sirkəsi də qarışdırıb içmək çox yaxşıdır. Beləki 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi qarışdırıb içə bilərsiniz. Bu həm də arıqlamaq istəyənlər üçün çox faydalıdır. İmsakda çox duzlu və çox ədviyyatlı yeməklərdən çəkinin, çünki bunlar da susuzluğa səbəb olan qidalardır.

(6,716 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.