Dəyərli oxucu, bu yazını yazmağa başlayan kimi səhv etmirəmsə Məmməd Araza mxsus bir şeir yadıma düşdü:

“Məndən ötdü”

Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi…

Sanki kimdəsə xərçəng xəstəliyi görəndə ətrafdakılar bizdən ötsün deyə hisslər keçirirlər. Mən deyərdim ki, bu təbii haldır heç kim xəstə olmaq istəməz və xəstə olmamaq üçün də cəhd etmək lazımdır. Bu gün xərçəng xəstəliyi o qədər çavanlaşıb ki, az qala hər gün xərçəngdən ölüm xəbərləri eşidirik özüdə cavan cavan insanlar, bacardığımız qədər insanlarımızı maariflənirməliyik ki, bu bəladan uzaq olsunlar. Xərçəng haqqında bir neçə yazılarım var bu gün isə daha geniş ətraflı yazmaq qərarına gəldim və düşünürəm ki, həm xəstələrə həm də sağlamlara faydaları olacaqdır. İnşAllah. Bu gün bütün dünya inkişaf edir hər şey sadələşir, hərəkətlərimizdən tutmuş yeməklərimizə qədər, hərəkətsizlik o dərəcəyə çatıb ki, az qala 2 adamdan biri duzlaşmadan əziyyət çəkir, hərəkətsizlik xərçəng hüceyrələrinin ən çox sevdiyi bir mühitdir, hərəkətsizlik bədəndə antioksidant istehsalının azalması deməkdir antioksidantlar xərçəng hüceyrələrinin həm artmasının qarşısını alır həm də onlara öldürücü təsir göstərir. Bu gün qlobal şəhərləşmə insanların kəntdən şəhərlərə köç etməsi, şəhərlərin sıxlaşması, insanın günəş şüalarına olan ehtiyacının qarşısını alır, insanlar günəş görmürlər, hətta bəzi insanlar bilərəkdən günəş şüasından qaçırlar ki guya günəş şüasıda xərçəng əmələ gətirir, amma elə deyil insan oğluna günəş lazımdır. Günəş şüası dəriyə dəyməlidir ki, D vitamini əmələ gəlsin, D vitamini çatmayanda kalsium sorulmasında problemlər əmələ gəlir, hüceyrə balansında pozulmalar və sonda metabolizmada pozulmalar əmələ gəlir. Belə mühitdə də xərçəng hüceyrələri daha tez çoxalırlar, insan gündə 2 saat (xəstə və ya sağlam olmasından asılı olmayaraq) açıq havada olmalıdır və yaxşı olar bundan istifadə edərək yeyib gəzsin.

Daha sonra xərçəng hüceyrələri nəyi sevmir? Oksigensiz mühiti, bu nə deməkdir, deməli xərçəng hüceyrələri harda artıb çoxalırsa həmin hissənin daxilində oksigen çatışmır deməli bədənimizi oksigenlə zənginləşdirən qidalar və müalicə vasitələri etsək çox yaxşı bir nailiyyətlər qazana bilərik. Bunu necə etməlisiniz birinci növbədə bişmiş, qaynadılmış yeməkləri azaltmalısınız, gündə 1 dəfə və ya 2 gündən bir yesək çox yaxşı olar deməli həm su həm də qida vasitələri, müxtəlif xörəklə  qaynayan zamanı onun tərkibində oksigen azalır, ona görədə çalışmaq lazımdır ki, müxtəlif salatlar hazırlayaq, üstünə rafinə edilməmiş zeytun yağı əlavə edərək yeyilsin bunu yemək əvəzi yeyə bilsəniz çox yaxşı olar. Çalışmaq lazımdır ki, yaşıl rəngdə nə vardısa ondan bol- bol yemək çünki, bitkilərə yaşıl rəng verən tərkibindəki xlorofillərdir. Xlorofillər həmdə oksigen daşıyıcılarıdır. Bu o deməkdir ki, xərçəng hüceyrələri göyərti olan yerdən qaçırlar. Bədəni oksigenləşdirmənin bir başqa yoluda hicamadır (həcəmət). Hicama bizim bildiyimiz banka ilə qan aldırmaqdır. Deməli banka qoyulur, 5 dəqiqə gözlənilir, bu 5 dəqiqə ərzində banka təxminən nəlbəkinin ağzı böyüklükdə qanı toplayır, bankanın altına sonra kiçik- kiçik kəsiklər olunur və birdə banka qoyulur bu zaman qara bir qan banka altına toplanılır, götürülmüş qara qanın yerinə oksigenlə zəngin təmiz qan gəlir və sonda bədən oksigenlə zənginləşir. Hicama üsulu ilə müalicə edəndə hansı nahiyyələrdə şiş varsa həmin nahiyyələrə həftədə 2 ədəd hicama bankası və 1 ədəd isə kürək baş və beldə yerləşən hicama nöqtələrinə növbəli şəkildə etmək lazımdır, bunu edən zaman qan faizinə diqqət etmək lazımdır.

Xərçəng xəstələri gündə yarım stəkan buğdanı 1-ci gün islaqda saxlayıb, 2-ci gün sərib üstünə nəm parça qoyaraq cücərtməli sonra yuyaraq hər gün yediyi salatlara qarışdıraraq yeməlidirlər. Bu çox faydalı bir müalicə üsuludur çünki bu zaman buğda fermentləşir, belə deyək oyanır tərkibi zənginləşir, antioksidantarı və mineralları çoxalır bunu 1 ay edib 15 gün fasilə vermək lazımdır ki, bezmədən həmişə istifadə etmək mümkün olsun. Xərçəng xəstələri pomidor yeşiklərində təxminən 2 ədəd yeşikdə buğda əkib pəncərə qarşısına qoysunlar buğdalar 10- 15 sm qalxanda, qayçı ilə kəsib bir stəkana töküb, üstünə su əlavə edib blenderlə qarışdırsınlar, sonra ac qarına gündə 1 stəkan içsinlər. Burda zəngin xlorofillər bədənimizin oksigenlə təchizatını yaxşılaşdırır və şiş hüceyrələrini məhv edirlər bunu çalışın 1 il ərzində edəsiniz çətin deyil istək olsa problem yoxdur. Bədəni oksigenləşdirmənin bir üsulu da sudur. Çalışın su içəsiniz çay və qaynadılmış suyu çox az istifadə edin çiy suyun tərkibində həll olunmuş minerallar və oksigen vardır. Hər yağış yağanda 10 litr su yığın bunu belə edin, yağış yağandan 20 dəqiqə sonra yağan yağış artıq təmiz sudur çalışmaq lazımdır ki, bol bol yağış suyu içəsiniz çünki yağış suyunda adi sudan fərqli olaraq oksigen ionları daha çox olur. Ən yaxşı yağış suyu yaz yağışı suyudur çünki yazda göy daha çox güruldayır əmələ gəlmiş ozon suyun tərkibinə keçir və suda oksigen ionlarını çoxaldır.

(4,754 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.