Bu günlərdə demək olar xəstə olmayan insan qalmayıb elə məndə xəstələnmişəm xatırladım ki, xəstəlik zamanı bəzi tədbirlərin görülməsi həm xəstəliyin rahat keçməsinə həm də xəstəlikdən fayda götürməyimizə səbəb olur. Bəlkə də qəribə səsləndi xəstəlikdən fayda götürmək, deməli hazırda Bakı şəhərində virus mənşəli xəstəlik yayılmışdır, xəstəli öskürmə zökəm əlamətləri və tempraturla özünü biruzə verir, xəstəliyin artması fonunda apteklərimizdə antibiotiklərə tələbat artmışdır, onu nəzərinizə çatdırım ki, virus xəstəlikləri zamanı heç bir antibiotikin faydası yoxdur boş yerə öznüzü həm xərcə salmayın həm də immun sisteminizi zəiflətməyin. Hər bir antibiotik bağırsaq mikroflorasındakı həm sağlam (hansıki bizə fayda verir) həm də xəstə bakteriyaları öldürür ona görə immunitet aşağı düşür və bundan sonra gələn ikinci bir virus xəstəliklər zamanı, bədən xəstəliyi çox ağır keçirir və ağır fəsadları ola bilər. Çalışdığınız qədər antibiotiklərdən uzaq durun, bunun üçün mütləq həkiminizdən məsləhət alın. Bu günkü yayılmış virus xəstəlik zamanı daha çox istifadə olunan preparatlardan biridə vitamin C-dır. Xatırladım ki, apteklərdə satılan vitamin C daha çox süni üsulla alınan vitaminlərdir, artıq bütün inkişaf etmiş dövlətlər süni yolla alınmış vitamin qəbulunu azaldıblar və daha çox üstünlüyü tərkibində zəngin vitamin C qaynağı olan meyvələrə və meyvələrin şirələrinə üstünlük verirlər. Məsələn: mandarin, portağal, balla şirinləşdirilmiş limon şirəsi kimi içkilərin içilməsi çox faydalıdır. Bəzən antibotikləri xəstəlik zamanı ikinci bir orqanın zədələnməməsi üçün qəbul edirlər, məsələn: xəstəlikdən sonra haymorit və ya frontit kimi halların olmaması üçün. Bu zaman propolisdən istifadə edə bilərsiniz, propolisin içində 21 təbii antibiotik vardır və süni yolla alınmış antibiotik kimi əlavə təsirləri yoxdur yalnız xəstə mikroorqanizmlərə təsir edir və bununlada immun sistemimizi zəiflətmir. Bu gün yayılmış xəstəliyin orqanizmə faydası isə belədir, insan orqanizmi xəstə olan zaman xarici mühit amilləri ilə mübarizəyə alışır, xəstəlik zamanı temperaturun qalxması orqanizmdə mübarizə getdiyinin əlamətidir, temperatur qalxan kimi tez aşağı salmağa çalışmayın, temperatur orqanizmi səfərbər edir yalnız temperatur çox yüksəyə qalxdığı zaman müdaxilə edin çünki yüksək temperatur bədənə zəhərli maddələrin sorulmasına səbəb olur bəzi adamlarda isə temperatur qalxan zaman qıcolmalar olur. Temperaturu aşağı salmaq üçün təbii alma sirkəsi ilə yarıbayarı durulaşmış alma sirkəsindən istifadə edə bilərsiniz beləki alma sirkəsi ilə xəstənin qollarını və ayaqlarını tez-tez islada bilərsiniz. Ayaqlara sirkəli vanna edilməsidə yaxşı nəticə verir. Xəstəlik zamanı çalışın xəstəyə bol su verəsiniz, su orqanizmdə xəstəlik törədicilərinin bədəndən xaric olmasına səbəb olur, xəstəlik zamanı tərkibində saponinlər olan bitki çaylarının içilməsi xəstəliyin qısa bir zamanda keçməsinə səbəb olur. Saponinlər hormonlara bənzər maddələrdir halsızlığı, yorğunluğu qısa bir vaxtda götürür orqanizmin toparlanmasına səbəb olur. Saponinlərlə zəngin bitkilərlə yanaşı, tərlədici bitkilərin verilməi daha yaxşı nəticə əldə etməyə səbəb olur. Məsələn: saponinlərlə zəngin biyan kökü, çobanyastığı və tərlədici çökə çiçəyi, kəklikotu, çayımızın həmdə dadının yaxşı olması üçün bura məkkəgülüdə əlavə etsək əla olar, son tərkib belə olmalıdır:

Biyan kökü———- 50 qram.

Çobanyastığı —— 100 qram.

Cökə çiçəyi ———- 200 qram

Kəklikotu ———— 100 qram

Zəncəfil ———— 50 qram

Məkkəgülü —— 50 qram. Deməli bitkilər bir birinə qarışdırılır, qarışıqdan 3 xörək qaşığı 4 stəkan suda dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl 1-2 stəkan içilir

 

(4,087 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.