Gəlin xəstələndikdə dərdlərimizə çarələr axtarmayaq sadəcə elə edək ki, xəstələnməyək və vasitələr axtarmayaq. Düzgün qidalanaq təbiətdə olmağı açıq havada gəzməyi sevək və ətrafımızada sevdirək. Turp elə bir qidadır ki, heç bir ziyanı yoxdur çox sağlıqlı bir qidadır, turpun tərkibi bədənimiz üçün lazım olan bütün vitamin və minerallarla zəngindir. Məsələn turpun tərkibindəki zəngin vitamin C bu soyuq aylarda bizim sağlığımızın əsl qarantıdır, vitamin C immun sistemin yaxşı vəziyyətdə olması üçün çox lazımlı bir vitamindir. Turpun tərkibində zəngin sellülüoza vardır, sellüloza bilirik ki sorulmur bağırsaqlarımız bu maddəni həzm etmək üçün çalışır bizədə bu lazımdır, bağırsaqlar işləsin onda köp, qəbizlik aradan qalxar, ferment istehsalı çoxalar bununla da həm bağırsaqlar, həm mədəaltı vəzi, həm də öd yaxşı çalışar. Turp öd istehsalını artırır, ağızda acılıq, öddə qum olanlar üçün turp ən yaxşı yeyəcəkdir, bütün qışı hər gün yeməyə çalışın yazda ödünüzü yoxlatdırın tərtəmiz olacaqdır inşAllah. Turp həmdə qaraciyər piylənməsindən əziyyət çəkənlər üçün əsl qidadır, qaraciyərində piylənmə olanlar hər gün yeməklərinizi turpla yeyin və açıq havada bol-bol gəzin. Turp ən yaxşı təmizləyicidir böyrək daş və qumlarından əziyyət çəkənlər turpu çox yeyin faydasını görəcəksiniz inşAllah. Turpun zəngin tərkibi hamilə qadınlar üçün olduqca faydalıdır nəzərə alsaq ki, hamilə qadınlara vitamin və minerallar daha çox lazımdır onda turp əvəzolunmaz bir nemətdir. Turp həmdə hamilə qadınlarda ürəkbulanmanı azaldır, dölün inkişafına çox yaxşı təsir göstərir və uşağın zəkalı olmasına vəsilə olur buna səbəb turpun tərkibindəki Fosfordur, həmdə böyük insanların beyin toxumasının ən çox ehtiyacı olduğu bir mineraldır. Turp ən gözəl sinə təmizləyicidir, öskürəyin bütün növlərində bronxitlərdə olduqca faydalıdır, uzun zaman xroniki bronxitdən əziyyət çəkənlər hər gün turp yeyin, turp çox əla bir bəlğəmgətiricidir. Zobdan əziyyət çəkənlər üçün (yod çatışmazlığı) turp yemək əvəzolumazdır. Turp qanazlığından əziyyət çəkənlər üçün də faydalıdır çünki turpda bol dəmir mineralı vardır, ürək əzəlisinin vurma gücünü artırır, çünki tərkibində bol kalium və maqnezim vardır. Turpdan çox istifadə edənlər mədə bağırsaq, süd vəzi, uşaqlıq xərçənginə tutulmazlar çünki turp antioksidant mənbəyidir. Çox yaxşı bir iştah gətiricidir, axşamlar yeyildikdə yuxunu dərinləşdirir, əsəb sakitləşdirici bir təsiri vardır, turpun tərkibindəki antioksidantlar dərini gözəlləşdirir, saç tökülməsinin qarşısını alır. Sonda öd daşı olanlar turpu ehtiyyatla istifadə etməlidirlər, ödqovucu olduğundan daşların kanala düşməsinə səbəb ola bilər, amma az-az istifadə etsələr xolesterin mənşəli daşların əriməsinə səbəb olacaqdır. Turpdan şəkər xəstələridə bol-bol istifadə edə bilərlər turp şəkər xəstəliyində faydalı qidadır.

(1,770 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.