Bu gün sənayeləşmə o qədər həyatımıza daxil olmuşdur ki, istəməsəkdə özümüzdən uzaqlaşdıra bilmirik. Deməli televiziyalarda, sosial şəbəkələrdə və başqa informasiya yayım yerlərində böyük firmaların nümayəndələri südün marketlərdən alınmasını təbliğ etməkdədir, guya marketdə satılan südlərdən başqa südlər xəstəlik mənbəələridir faydasızdır və s. Yazdığım bu məqaləni diqqətlə oxuyun burada yazdığım araşdırmalar dünyanın qəbul etdiyi elm insanlarının araşdırmalarıdır sonda özünüz nəticə çıxaracaqsınız ki, hansı südü istifadə etməliyik. Əvvəla onu deyim ki, bir çox elm adamları insanın ana südündən başqa südlə qidalanmasının əleyhinədirlər, guya süd çətin həzm olunur, köp və həzmsizlik verir, anemiyaya (qan azlığı) səbəb olur və s. Xatırladım ki, bunlar hamısı boş söz yığınıdır, süd Allahın nemətlərindən biridir hətta Peyqəmbərimiz (Səlləlləhu Aleyhi və Səlləm) süd haqqında demişdir ki, birisi sənə süd verdikdə al iç və belə de: “Allahım bu nemətin bərəkətini artır”, və ya müqəddəs kitabımız Qurani Kərimdə süd haqqında ayələrə rast gəlməkdəyik. Süd olduqca faydalı bir içkidir, süd insana bir rahatlıq verir, sümük sisteminin formalaşmasında əvəzolunmazdır, osteoporoz adlanan (sümük əriməsi) xəstəliyində olduqca faydalıdır və s. Amma bütün bunlar təbii südə aiddir beləki, elm adamları 900 pişik üzərində təcrübə aparmışlar bunların yarısına market südü, yarısına isə təbii süd vermişdilər nəticələr belə olmuşdur ki, market südü ilə bəslənən pişiklərdə sümük əriməsi (osteoporoz) xəstəliyi əmələ gəlmiş və bu pişiklər olduqca zəif immun sisteminə malik olmuşdular, təbii süd içən pişiklər isə çox sağlam olmuşdular. Məlum olmuşdur ki market südlərinin tərkibindəki kalsium bədənimiz tərəfindən olduqca pis sorulur və ya heç sorulmur bununda səbəbi kalsiumun sorulması üçün südün təkibindəki başqa mineralların olmaması ilə əlaqədardır. Məsələn, kalsiumun sorulması üçün ən azından kalsiumun üçdə biri qədər fosfor olmalıdr bütün bunların formulası təbii süddə pozulmur və bədənimiz tərəfindən rahatca sorulur. Marketdəki südlər isə əvvəlcə pasterizasiya olunur sonra homogenizə olunur bu nə deməkdir pasterizasiya qaynatmadan südün bir neçə saat isti temperaturda saxlanılmasıdır burda elə bir problem yoxdur sonra isə süd yüksək təzyiq altında sıxılır burda məqsəd yağ molekullarının sudan ayrılmaması üçündür bu zaman yağ molekulası parçalanır və su ilə qarışır bax əsl problem bundan sonra əmələ gəlir yəni insan oğlu təbii dəngəni pozur. Sonra nəzərə alsaq ki, market südünü uzun zaman saxlasaqda xarab olmur çünki tərkibinə kimyəvi qoruyucular qatılır bunlarda insan üçün zərərvericidir bunuda unutmaq lazım deyil. Bu saydığım ziyanlar nəinki tək süddə həmdə market südündən hazırlanılmış hər şeyə aiddir məsələn, həmin süddən hazırlanmış qatıq dovğa kəsmik və s. Unutmayın uşaqlarınıza təbii kənd südü verin təbii kənd südündən hazırlanmış qatıqdan, kəsmikdən, kefirdən, dovğadan istifadə edin, onda əsl kalsiumu bədən mənimsəyəcək, klimaks keçirən xanımlar həmin dövrlərdə çox kalsium itirirlər, güclü tərləmələri olur onda ən faydalı qida təbii süd məhsullarıdır. Dünyada südün ən çox istifadə edildiyi ölkə Amerika olsa da ən çox sümük boşluğu xəstəlikləridə ordadır artıq onlar sənayeləşmiş süddən yox təbii süddən istifadə etməyə başlamışlar və bunun üçün təbii süd istehsal edən fermalar yaratmışlar. Sonda hər bir süd istehsal edən müəssisənin özünün fermaları olur, fermada inəklər qapalı şəraitdə saxlanılır bu inəklər əsasən geni dəyişilmiş qidalarla qidalanırlar, bütün bunlar südün keyfiyyətinədə təsir edirlər. Amma təbii kənd südü isə inəklərin təbiətdə 1001 otlardan yeyilmiş və sondada zəngin sağlıqlı süd ərsəyə gəlmişdir, necə deyərlər həm faydalı həm də sağlıqlı.

(2,482 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.