Yəqinki hamımız belə bir məqalə ilə rastlaşmışıq xərçəng adlı xəstəlik yoxdur yalnız B 17 vitamini əksikliyi var və ya gündə 5 ədəd acı badam yeməklə xərçəngdən qurtulmaq olar və s. Əvvəlcə onu nəzərinizə çatdırım ki, necə oldu B17 vitamini tapıldı. Deməli 100 ildən çoxdur ki, iddia olunur ki, Laetril adlı maddə xərçəngi müalicə edir və bu yöndə geniş elmi işlər aparılıb amma heç bir nəticə əldə olunmayıb və laetril xərçəngi müalicə etmir, sonra inkişaf etmiş dövlətlər laetril adlı dərmanın istehsalına qadağa qoydular. Daha sonra laetrili istehsal edən şirkətlər bazarlarını itirməmək üçün B17 vitamini adı altında istehsal etdiyi dərmanlarını satışa çıxardılar və bizdə çox məşhur olan guya xərçəng yoxdur yalnız B17 vitamini çatışmamazlığı var kimi məqaləni ortaya atdılar və çox məşhurlaşdılar. Maraqlıdır ki, niyə adı dəyişib B17 vitamini qoydular ona görə ki, Amerika və Avropada vitamin istehsalına heç bir qadağa yoxdur vəssalam. Nəzərinizə çatdırım ki, B17 vitamini acı ərik tumunda, acı badamda, cır gilasda, şaftalı toxumunda, cücərmiş buğdada, alma armud çəyirdəyində daha çox vardır. Sonda bütün acı olan tumlarda sianid adlı çox güclü bir zəhər vardır ki, belə qidaları bir dəfəyə çox yemək insanı anidən öldürə bilər. Ümumiyyətlə saydığım tumların az-az yeyilməsi faydalıdır bədəni qurdlardan təmizləyir, təkiblərində hamısında piyli efirli yağlar vardır immun sistemin güclənməsi üçün faydalıdır, çoxusunun təkibində yod birləşmələri vardır və sair. Xatırladım ki, B17 vitamini adı altında satılan amiqdalin preparatında saydığım minerallar və yağlar yoxdur.
(4,725 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.