Yəqin ki, hamımızın yolu Bakı şəhərindəki 5 mərtəbələrə daha dəqiq desək Fransız Xruşovka kimi tanıdığımız evlərə olmuşdur, bu binaların nəinki içinə girdikdə hətta yanından belə keçdikdə insanı nəm, rütubət iyi vurur. Blokdan içəri keçən kimi isə daha da dəhşətli nəmişlik iyi gəlir. İndi mən yavaş-yavaş anladım ki, bu rütubət bizim balalarımızı necə zəhərləyir və sağ ikən öldürür. Deməli bu binaların əksəriyyətinin zirzəmiləri suyun içindədir bu su isə, köhnəlmiş su kanalizasiya borularının sıradan çıxmasından sonra əmələ gəlmişdir. Zirzəmilərdəki su axmır və həmişə sabit olaraq qalır, bu sular ağcaqanad və milçəklərin artıb çoxalması üçün əla bir mühitdir, görmüsünüzsə 5 mərtəbələrin bütün blokları ağcaqanadlarla doludur qapını açan kimi evə dolurlar, ağcaqanad və milçəklər daima xəstəlik daşıyıcılarıdr. İkincisi zirzəmidəki su həmin binanı daim nəmişlikdə saxlayır, nəmiş olan yerlərdə kif göbələkləri artıb çoxalır. Kif göbələkləri ağcaqanaddan dəfələrlə zərərlidir beləki insan oğlu daima bu göbələklərlə təmasdadır bu göbələklər, binanın hər tərəfində hətta yatdığımız yorğan döşəkdə belə normal hətta minlərlə dəfə çox olur, bu göbələklər əgər bizim ətrafımızda çoxdursa deməli bizim daxilimizdə də çoxalacaqlar, burun dəliklərindən aldığımız nəfəslə keçib daima rinit adlı xəstəliyi (burun balıqqulaqlarının iltihabı) əmələ gətirirlər və əgər rütubətə bir tədbir görülməsə yuxarı ağciyər yollarının infeksiyalaşmasına, bronxitlərə, vərəmə, faringitə, astma bronxitə səbəb olurlar. Hələ bu saydıqlarım yalnız nəfəslə keçənlərdir, qida ilə keçib mədə bağırsaqda çoxalan göbələklər daha təhlükəlidir beləki, bağırsaqlarda çoxalmış göbələklər özlərindən toksinlər (zəhərlər) ifraz edirlər qaraciyər isə durmadan bu toksinləri bədəndən təmizləmək məcburiyyətində qalır sonda yavaş-yavaş qaraciyər zəifləməyə başlayır bu zaman, immunitet aşağı düşür bədənimiz başqa xəstəliklər üçün açıq qapıya çevrilir. Belə insanlarda əvvəlcə tez-tez köpmələr sonra isə daxillərində yanma hissləri başlayır zaman-zaman yorğunluq, halsızlıq, oynaqlarda ağrılar əmələ gəlməyə başlayır. Biz yalnız göbələklərin verdiyi fəsadları yazdıq unutmayaq ki, rütubətli yerlərdə mikroblar, bakteriyalar və viruslar da normadan minlərlə dəfə çoxdur. Məsələn: rütubətdə yaşayan demək olar hər 3 adamdan birində revmatizm var desək yanılmarıq.

Rütubətli evdə yaşayanlar alma sirkəsi, bal, sarımsaq, soğandan bol istifadə etsinlər. Hər axşam 2 diş sarımsağı dörd-beş yerə bölüb, udub üstündən 1 stekan süd içmək rütubətin verdiyi bütün fəsadları demək olar ki aradan qaldıra bilir.

Sonda əziz oxucu təəsüf ki, bu bizdədir hələ də 5 mərtəbələrin üzünü boyamaqla məşğuluq çox uzağa getməyək qonşu Gürcüstanda Tiflis şəhərində artıq 5 mərtəbə binalar qalmayıb hammısı sökülüb yerində təzə binalar salınıbdır. Bir mühəndisin dediyinə görə Bakı şəhərindəki 5 mərtəbələrin çoxusu ikinci ömrünü başa vurmaqdadır (yəni 35 illik istifadə üçün tikilmiş binalar artıq 60-70 ildir fəaliyyətdədir). Belə binalarda yaşamağa məcbur olan vətəndaşlarımız çalışın otaqların havasını tez-tez dəyişin, açıq havada çox olmağa çalışın, binaya baxan jeklərdən məcbur edin ki, zirzəmidəki sulara tədbir görsünlər.

(2,151 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.