Bildiyimiz adi bir öskürək daha da ağırlaşanda xroniki bronxitə çevrilir. Bronxit öskürəkdən daha çox ağır bir xəstəlikdir, beləki bəzən illərlə hətta 10 illərlə çəkə bilir. Bəzi hallarda bronxit astmaya da çevrilə bilir. Xroniki bronxit zamanı aşağıda yazdığım bu məcundan istifadə edə bilərsiniz, bu məcun artıq sınaqdan çıxmış bir məcundur bronxit və astmalarda çox effekli təsiri vardır.

Qarazirə tozu —— 50 qram

Ud hindi tozu ——— 50 qram

Andız kökü tozu —— 40 qram

Biyan kökü tozu —— 30 qram

Propolis (vərəmum) – 40 qram

Zəncəfil tozu ———– 40 qram

Bal ———————— 500 qram

Keçibuynuzu bəkməzi – 500 qram

Bitkilərin hamısı quru toz formasında olmalıdır bal və bəkməzlə bir birinə qarışdırılır. Propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb sürtkəçdən keçirib məcuna qarışdırın, məcundan böyüklər gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 orta xörək qaşığı uşaqlar isə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeməlidirlər məcun qurtarana qədər. Xatırladım ki, məcun həmdə çox əla bir immunitet gücləndiricidir.

(2,779 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.