Qara zirə yağından və özündən gözəllik üçün geniş istifadə edərək bir çox qüsurları aradan qaldırmaq olar.

1. Qara zirə yağını qulaq çöpü ilə qaşlara çəkdikdə qaş tükləri qalınlaşır və sıxlaşır.

2. Əgər saqqalın bir hissəsində tük yoxdursa həmin hissəyə tez-tez qara zirə yağını vurun, bir müddətdən sonra həmin hissədə tük çıxdığının şahidi olacaqsınız.

3. Əgər saqqalınız seyrək çıxırsa gündə 2 dəfə üzünüzə qara zirə yağı vurun bir müddətdən sonra saqqalınızın sıxlaşdığını görəcəksiniz.

4. Kiprikləriniz qısa və seyrəkdirsə bal ilə qara zirə yağını bərabər miqdarda bir-birinə qarışdırıb gündə 2 dəfə gözə sürmə kimi çəkin, qaşlar həm sıxlaşacaq həm də uzanacaq.

5. Səhərlər kipriklərin ətrafına çirk yığılırsa axşam yatmazdan əvvəl gözünüzə qara zirə yağı ilə bal qarışımlı sürmə çəkin. (İsmid sürməsi də faydalıdır)

6. Gündə 1 dəfə darağı qara zirə yağına batırıb başı daramaqla saçlar canlanır, qalınlaşır, kəpəklənməni aradan qaldırır.

7. Saçın ızda seboreya və psoriaz vardırsa 250 qram təbii alma sirkəsinə 2 xörək qaşığı qara zirə toxumunu qarışdırıb vam odda 10 dəq qaynadıb 20 dəq dəmləyin sonra süzün, bu sirkədən gündə 1 dəfə saç diblərinə vurun, saç dibindəki səpgilərin qısa vaxtda keçdiyini görəcəksiniz

(4,725 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.