Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və Həzrəti Əli (Allah ondan razı olsun) bu qarışımdan istifadə etmiş və içilməsini təqdir etmişlər. Kişmişin faydalarından hamımız xəbərdarıq çox faydalı, zəngin qlükoza deposu, kaliumu bol olan bir çərəzdir. Amma kişmişin suda saxlandıqdan sonra yeyilməsi və suyunun içilməsi kişmişin özünü yeməkdən daha çox faydalıdır.

Axşamdan 20-25 ədəd qara kişmişi 1 stəkan çiy suya qoyun, səhər ac qarına suyunu için, kişmişləridə yeyin. Bu zaman kişmişlər boşalır daha rahat həzm olunur, suyu isə qan-damar və qaraciyər üçün çox faydalıdır. Qaraciyərin bütün xəstəliklərində öd durğunluğu, ümumi zəiflikdə, ürək zəifliyində, yorğunluqda və yaddaş zəifliyində içilməsi məsləhətdir. Bədəni profilaktika məqsədi ilə də içə bilərsiniz. Bu içki bağısaqlar üçün də faydalıdır, çünki tərkibində zəngin sellüloza vardır, babasil zamanı da içilməsi faydalıdır.

(5,691 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.