Yəqin ki, hamı gül çiçək, gözəl ətirli, səfalı bir yer görəndə həmin yerdə daha çox qalmaq və orda biraz yatıb istirahət etmək istər. Bu da bir müalicə üsuludur yəni aromaterapiya. Aromaterapiya ilə əsəb yorğuluğunu, gərginliyi, yuxusuzluğu, panik atak tutmalarını, həyəcanlanmaları, baş ağrılarını və s. xəstəlikləri müalicə etmək olur və ən əsası  odur ki, həyatdan ləzzət ala-ala müalicə olunursan. Əgər yazda və yayda güllü çiçəkli yerdəsinizsə çiçəklərdən yığıb, kölgədə qurudaraq balaca yastıqlar hazırlayın və hər axşam yatanda başınızın altına qoyaraq yatın, xatırladım ki, bitkiləri aptekdən də alıb yasdıqlar hazırlaya bilərsiniz hansı bitkiləri almaq lazım olduğunu və hansı xəstəliklərdə istifadə olunduğunu aşağıdakı yazıda oxuya bilərsiniz.

Mayasarmaşığı qozaları. Mayasarmaşığı əsəb sakitləşdirici və yuxu dərinləşdirici bitki kimi apteklərdə satılır çox yumşaq bir yastığı olur başı tərpətdikcə özünəməxsus xışılıtı və ətir verərək müalicəvi təsirini göstərir. Yastıq həm əsəb gərginliyini aradan qaldırır həm də yuxunu dərinləşdirir.

Qızılgül ləçəkləri. Qızılgül ləçəkləri ürəyi rahiyyələndirir, ürək-qan damar sistemindən əziyyət çəkənlər üçün əla bir vasitədir, yastığı biraz yumşaq etmək üçün yarıbayarı cökə çiçəyi ilə qarışdırıb yastıq hazırlaya bilərsiniz, hardasa hərəsindən 150 qram.

Qaraqınıq otu. Qaraqınıq otunun gözəl bir ətri vardır normalda qaraqınıq bitkisində təsiredici vasitələrdən biri, tərkibində olan efirli birləşmələrdir bu yastıqda həmin efirli birləşmələrin təsirindən dərin yuxu əmələ gəlir. Kişilərin cinsi istəyini artırır.

Lavanda otu. Lavanda bitkisinin həm otunda həm də çiçək və toxumlarında çox əla bir ətri vardır. Lavanda özü əsəbsakitləşdiricidir, baş altına qoyulmuş yastıqlarıda əsəbsakitləşdirici hipotenziv bir təsir göstərir, lavanda çiçəklərini hardasa 100 qrama yaxın bir parçanın içinə töküb yataq otağında asmaq da olar. Lavanda çiçəklərini 15-20 qram balaca bəzəkli kisəciklərə doldurub kiçik uşaqların yastığının yanına qoyun, uşaqlar üçün də yuxugətirici əsəsbsakitləşdirici bir təsiri vardır.

Nanə yarpaqları. Nanə yarpağının tərkibindəki mentollu birləşmələr gözəl bir aromaterapiyadır otaq havasına dezinfeksiyaedici bir təsiri vardır, yay aylarında nanə yastıqlarında yatmağın ayrı bir ləzzəti vardır nəfəs aldığımız havanı sanki sərinləşdirici effekti vardır.

Ətirşah yarpaqları. Ətirşah dibçək bitkisidir evdə çay dəmləyən zamanı 1 ədəd ətirşah yarpağı atsanız çayın ətri tamamən dəyişəcək, mənim ən çox sevdiyim çaydır ətirşahlı çay. Ətirşah yarpaqlarını dərin kölgədə qurudun, yastıq hazırlayın, o qədər ətirlidir ki, otaqda bu yastığı saxlamaq belə otağın havasına təsr edir. Xatırladım ki, ətirşahın içindəki geraniol efiri astma xəstələrinə qıcıqlandırıcı təsir edə biləcəyindən ona diqqət etsinlər.

Ud hindi tüstüsü. Ud hindinin iyi çox adamların xoşuna gəlmir amma tüstüləndirəndə iyi ətirlənir çox güclü bir dezinfeksiyaedici, mikrob öldürücüdür hələ qədim zamanlardan buxur kimi istifadə olunan bitkilərdən biri olub. Əgər evdə qrip olmuş xəstə varsa otağı ud hindi tüstüsü ilə tüstüləndirin heç kim qrip olmayacaq.

Limon+duz yatmazdan əvvəl 2 ədəd limonun hərəsini bir qaba qoyub 8 yerə dilimləyin üstünə 50 qrama yaxın duz tökün tam yatdığınız yatağın yanına qoyun heyrətamiz bir aromaterapiya görəcəksiniz limonun ətri bütün otağa yayılacaq çox əla bir yuxu yatacaqsınız hətta səhər yuxudan duranda ağır hava əvəzinə otaqda bir təravət hiss edəcəksiniz.

Kristal Naxçıvan duzu. Yatdığınız otağa 3-4 kiloqramlıq Kristal Naxçıvan duzu qoyun bəzən kristalın içinə xüsusi lampalar qoyaraq bunu daha da ecazkar edirlər. Naxçıvan duzu otağa kompyuter, televizor və WI-Fİ aparatının yaydığı müsbət ionları neytrallaşdıran, mənfi ionları yayaraq beynimizin radiasiya almasından qismən qarşısını almış olurlar. Yatmazdan öncə WI-Fİ aparatını mütləq söndürün, yanınıza mobil telefon qoymayın, əgər qoymaq məcburyyətində olsanız təyyarə rejiminə keçirib qoyun (budilnikə görə). Yataq otağına qətiyyən televizor qoymayın. Bəzən yatmazdan əvvəl otağa süni havatəmizləyici aerozollar vurulur bunu qətiyyən etməyin bunlar hamısı allergendir yatan zaman nəfəsalmanı çətinləşdirir.

(949 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.