Ud hindi bitkisi haqqında çoxlu yazılarım olmasına baxmayaraq bu heyrətamiz bitkinin faydaları bitmir ki, bitmir. Xatırladım ki, ud hindi Hindistanda bitir tibbi məqsədlə köklərindən istifadə edilir bitkinin faydaları haqqında Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) tərəfindən hədis vardır. Ud hindi bitkisinin daxilə istifadəsi haqqında geniş yazım vardır, yazıda yağı haqqında qısa məlumat vermişəm amma indi daha geniş məlumat verməyi özümə borc bildim.
1 xörək qaşığı ud hindi tozunu 100 qram zeytun yağının içinə qarışdırıb ağzı kip bağlanılan şüşə qaba töküb evdəki istilik sobasında (otopleniyada) 5-6 gün saxlayın sonra sobadan götürüb evdə saxlayın uzun müddət qalır ən azı 2 il saxlaya bilərsiniz istifadə etməzdən əvvəl çalxalayın sonra istifadə edin. İstifadə qaydası gündə 3 dəfə hər burun dəliyinə 2-3 damcı. İstifadə müddəti xəstəlikdən asılı olaraq dəyişir.
FAYDALARI.
-Əgər boğaz ağrılarınız varsa ağrılar tam keçənədək gündə 3 dəfə ud hindinin yarısını buruna tökün hətta ağrılar keçəndən sonra da əlavə 3 gün istifadəni davam edin. Hər axşam yatmazdan əvvəl boğazınızı bu yağla zəif masaj edin.
– Şişmiş badamcıqlar üçün burundan gündə 3 dəfə ud hindi yağı tökülməsi əla nəticə verir.
– Xroniki faringitdə gündə 3 dəfə burundan 3 damcı ud hindi yağı tökülməsi faydalıdır. Daha da yaxşı nəticə almaq üçün 1 çay qaşığı ud hindi tozunu 1 çay qaşığı bal ilə qarışdırıb yeyin.
– Burun tutulmasında. Əgər qrip olmusunuzsa burunda tutlmalar varsa ud hindi yağını gündə 3 dəfə buruna tökün.
– Rinitlərdə. Həm xroniki, həm kəskin, həm də allergik rinitlərdə gündə 3 dəfə ud hindi yağını burun dəliklərinə tökün nəticə heyrətamizdir.
– Haymoritdə. Ud hindi yağı çox güclü iltihab əleyhinə bir vasitədir o qədər təsirlidir ki, buruna tökən kimi ağız boşluğunda iltihab axıntısı hiss olunur bu müalicə ən azı 1 ay davam edilməlidir.
– Frontitdə. Frontit daha çox qripdən sonra alın ciblərinə irinli infiltratın yığılmasından sonra qalır belə insanlarda daimi baş ağrısı, başı aşağı əyəndə ağrıların çoxalması kimi özünü göstərir. Ud hindi yağını gündə 3 dəfə buruna tökün, axşam yatmazdan əvvəl alın hissəni bu yağla masaj edin müalicə müddəti ən azı 1 ay olmalıdır. Müalicə müddətində 2 dəfə alın ciblərinin üstündən 2 banka hicama etdirin.
– Soyuqdəymədən sonra qulaqlarda əmələ gəlmiş ağrıları və küyləri aradan qaldırmaq üçün mənim praktikamda ən faydalısı ud hindi yağı olmuşdur. Xatırladım ki, burun dəliyindən qulağa yol vardır iltihab zamanı həmin yol qapanır qulaqda ağrılar və küylər əmələ gəlir, ud hindi yağı bu yolu iltihabdan təmizləyir.
– Qulaq pərdəsinin deşilməsi zamanı ud hindi yağını gündə 3 dəfə hər dəfə 1-2 damcı qulağa tökün bütün irinli infiltratı qısa zamanda aradan qaldıracaqdır.
– Uşaqlarda qulaq ağrıları zamanı ud hindi yağını qulağa 1 damcı tökə bilərsiniz.
– Əzələ ağrıları zamanı ağrıyan əzələni ud hindi yağı ilə masaj edin nəticəni görəcəksiniz. Bu müalicələri edən zaman ud hindi yağı buruna töküləndə çox yandırırsa əlavə zeytun yağı qarışdıraraq yandırmanı azalda bilərsiniz. Əsasən kiçik uşaqlarda yandırmalar daha çox olduğundan ud hindi yağını durulaşdırıb sonra istifadə edin. Sonda nəzərinizə çatdırım ki, bunlar mənim həkimlik praktikamda sınanılmışdır.
(4,731 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.