Bu eliksiri hazırlamaq üçün zamana ehtiyac var bunu əvvəlcədən yazıram ki, məlumatınız olsun və onuda nəzərinizə çatdırım ki, eliksir heç yerdə satılmır və yalnız özünüz hazırlayıb içə bilərsiniz. Eliksir yüksək xolesterində, ürək damarlarının tutulmasında, yüksək təzyiqdə, yüksək lipidlərdə, piylənmədə, bədən soyuqluğunda, qan dövranı pozğunluqlarında, yaddaşsızlıqda, skleroz və s. kimi xəstəliklərdə faydalıdır. Eliksir gözləri işıqlandırır, sağalmaz trofiki yaraların müalicəsində içilə bilir hətta şəkər xəstələri belə rahatca bu eliksirdən içə bilər onlarada çox faydalıdır. Eliksir beyin-qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Lazım olanlar. Yemişan meyvəsi 400 qram, yemişan çiçəyi 100 qram, yapon saforası 200 qram, öksəotu 200 qram, bal yarım stəkan təbii alma sirkəsi 1 stəkan, spirt 1 stəkan və su 2 litr.
Deməli, saydığım bütün bitkilər doğranılır nə qədər balaca olsa o qədər yaxşıdır, alma sirkəsi, spirt, bal və su əlavə olunur yaxşı-yaxşı qarışdırılır ağzı tənziflə örtülərək adi otaq temperaturu olan bir yerə qoyulur, yaxşı olar şüşə balona töküb saxlayasınız qış aylarında təxminən 3-4 aya, yay aylarında isə 2 aya hazır olur (saxlanılan havanın tempraturu nə qədər isti olarsa eliksirimiz o qədər tez hazır olacaq) çalışın gündə 1 dəfə qarışdırın, qarışımdan əvvəlcə çaxır iyi gələcək sonra yavaş-yavaş sirkələşəcək tam sirkə iyi gələndən sonra istifadəyə hazırdır. İstifadə qaydası gündə 2-3 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içilir. İstifadə müddəti 3 aydır, əlavə problem olarsa məsələn, allergiya, təzyiq düşməsi onda istifadəni dayandırıb məsləhət etmək lazımdır. Təzyiq düşən zaman 1 stəkan suya 1 çay qaşığı bal qarışdıra bilərsiniz. Onuda xatırladım ki, eliksirin tərkibində alkoqol qalmır tərkibə qarışdırılımış spirt sirkələşir burda spirt yalnız xarab olmaqdan qorumaq üçün (stabilizator olaraq) qarışdırılır.

(2,832 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.