Əziz dostlar, hamımız boş vaxtlarımızda Facebook-da dostlarımızın paylaşmlarına baxaraq dünyadan və insanların maraqlı, faydalı gördüyü hadisələrdən agah olmaq istərdik. Amma paylaşmaların az qala yarısı hansısa bir restoranda yemək yeyərkən vəya bahalı bir maşına oturarkən, vəya dünyanın ən gözəl məkanlarında olarkən olan paylaşmalar tutur. Əziz dostlar, bu paylaşmaların paylaşan insanlara bir faydası varmı, vəya bu paylaşmalarla kasıblara, məzlumlara, yetimlərə göz dağımı vermək istəyirik, unutmayaq o yeməkləri yeyə bilməyən insanların o şəkillərə baxarkən həsəd dolu baxışlarından həm özümüz, həmdə ailəmiz zərər görəcəkdir, əgər ailəmizin uşaqlarımızın xoşbəxt və sağlam olmasını istəyiriksə belə paylaşmalardan uzaq olmalıyıq. Nəzərin bir həqiqət olmasını Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) bir neçə hədislərlə bizə çatdırıb. Uşaqlarımızı, ailəmizi həsəd dolu nəzərlərdən qorumaq borcumuz olmalıdır. Mənim fikrimcə, dostlarımız inciməsinlər belə paylaşmalar etmək birazda görməmişlik əlamətləridir yəni mənim var və var olanımla kibirlənirəm. Unutmayaq qəlbində zərrə qədər kibir olanlar cənnətin ətrini belə duymayacaqlar. Bir dəfə bir qonaqlıqda idim yeməyə təzə başlamaq istəyirdik ki, qonaqlardan biri şəkilimizi çəkdirdi buna diqqət etmədim 5 dəq sonra dedi ki, şəkil artıq instaqramdadır mən tələb etdim ya o şəkil ordan qaldırılmalı yada bu məclisdə oturmayacağam adam şəkli qaldırdı və məclisimizə davam etdik.

(997 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.