Damar təmizləyicisinin bir neçə resepti olsada çoxunun tərkibində sarımsaq olduğundan insanların çoxu istifadə edə bilmirlər. Bu qarışımın xoş iyi var, demək olar hamı tərəfindən asanlıqla qəbul edilə bilər. Bədəni, xolesterindən və damar daxili yağlardan təmizləmək üçün yaxşı bir vasitədir, qarışım bizi yaddaşsızlıqdan, diqqət yayınmalarından, sklerozdan qoruyur, ürək damarlarının tutulması zamanı faydalıdır.

LAZIM OLANLAR. Təzə zəncəfil 250 qram, kərəviz kökü 750 qram, təzə limon qabığı 500 qram, Bal 1 kq.

HAZIRLANMASI. Məhsullar yaxşı-yaxşı yuyulur, ət çəkəndən keçrilir, bal ilə qarışdırılıb şüşə balonuna tökülür və soyuducuya qoyulur 1 həftə saxlanılr. Gündə 1 dəfə qarışdırılır, 1 həftədən sonra gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1-2 xörək qaşığı içilir. Xatırladım ki, məhsullar hamısı təzə olmalıdır və böyük marketlərdə əldə etmək olar.

(7,154 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.