Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm) sağlıqla bağlı örnək götürə biləcəyimiz çoxlu hədisləri vardır, məsələn, yeməyi yemək qaydaları, xəstənin qidalanması, xəstəyə edilən dualar və yoluxmalar, xəstəlikdən qorunmaq və sair. Belə hədisləri zaman-zaman toplayıb diqqətimizdə saxlasaq faydalı olar məncə.

1. Bədəvi ərəblər bir dəfə, Ey Allahın rəsulu, xəstələndiyimiz zaman müalicə olunmasaq günah etmiş olmarıq ki, deyə soruşdular. Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm) cavab verir: “Müalicə axtarın ey Allahın qulları, Allahu təala hər xəstəliyə dərman vermişdir, yalnız qocalıqdan başqa.

2. Ukbə İbni Amir (Allah ondan razı olsun) anladır: “Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm) buyurdu ki, xəstələrinizi zorla yedirdib-içirtməyin çünki Allahu təala onları yedirdir və içizdirir.

3. (Buxari tibb 4) Bir nəfər Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm)-in yanına gəlir qardaşının qarın ağrısından şikayyətlənir Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm), ona bal şərbəti içməsini söyləyir adam şərbəti içizdirir və yenə şikayyətlənir ki, ağrı kəsmədi Rəsullallah yenə bal şərbəti içiriliməsini söyləyir adam təkrar yenə gəlir ki, ağrı kəsmədi davam edir Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm) belə deyir, Allah doğru söylədi, qardaşının qarnı yalan söylədi və birdə içirlməsini söylədi sonra bir dəfədə içirildi və qarın ağrısından sağaldı.

4. (Müslim 2047) Sad İbni Vəkkas (Allah razı olsun) söyləyir: Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm) buyurmuşdur: “Kim əcva xurmasından səhər ac qarına 7 ədəd yesə axşama qədər ona nə zəhər nədə sehr zərər etməz.”

5. Peyğəmbərimiz (Səlləlləhu Aleyhi vəsəlləm) buyurmuşdur: “Göbələk qüdrət halvası cinsindəndir (qüdrət halvası tövratda bal dadan şirin çörəyə bənzər yeyəcək kimi təsvir olunur) suyu gözlərə şəfadır.” (Tirmizi 2068)

(1,829 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.