Sağlamlıqla bağlı hədislər davam edir.

1. Yaralar üçün xına. Rəsulallah (alehissəlati vəssələm)-ın zövcələrindən birinə xidmət edən Səlma adında bir qadın anladır. Rəsulallah (alehissəlati vəssələm) yara gördükdə onun üzərinə xına qoyulmasını əmr edərdi. (Tirmizi 2055)

2. Ud hindi haqqında. Ümmü Kays Binti Mihsan (Allah razı olsun) anladır. Mən kiçik oğlumla birlikdə Rəsulallah (alehissəlati vəssələm)-ın hüzuruna girdim, Həmin vaxtı uşağın boğazı gəldiyindən zəli qoymuşdum Rəsulallah (alehissəlati vəssələm) belə buyurdu, niyə uşaqlarınızın boğazlarını əllə sıxırsınız və ya zəli qoyursunuz. Uşaqların boğazlarını ud hindi ilə müalicə edin, boğaz ağrısında ud hindi burundan qəbul olunur ağciyər xəstəliklərində isə ağızdan qəbul olunur. Ud hindidə 7 dərdə dəva vardır. (Müslim 1214)

3. Sürmənin faydaları. İbn Abbas (Allah razı olsun) anladır. Rəsulallah (alehissəlati vəssələm) buyurmuşdur ki, İsmid sürməsinə davam edin, İsmid sürməsi sürmələrin ən xeyirlisidir görməni aydınlaşdırır, tökülmüş kiprikləri bitirir. Rəsulallah (alehissəlati vəssələm) gözlərinə sürmə çəkəndə 3 dəfə sağ gözünə, 2 dəfə sol gözünə çəkərdi. (Tirmizi 1757)

4. Temperaturun (hərarətin) müalicəsi. Rafi İbn Hadic (Allah razı olsun) anladır. Rəsulallah (alehissəlati vəssələm) buyurmuşdur ki, hərarət cəhənnəmdən bir atəşdir, atəşinizi soyuq su ilə söndürün. Tirmizi 2085

5. Xəstələndikdə nə yeməli. Rəsulallah (alehissəlati vəssələm) xəstəlik zamanı yüngül yeməklər yeyilməsini söyləmişdir beləki xəstəlik zamanı süd, buğda vəya arpa ilə birlikdə qaynadılmış təlbinə şorbasını yeyilməsini məsləhət görmüşdür. Təlbinə, xəstənin qəlbini sakitləşdirir, ağrıların bir qismini götürür. Tirmizi tibb 3. 2040.

(1,949 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.