Darçın faydalarını saymaqla tükənməyən bir nemətdir. Gözəl dadı, insanı rahiyyələndirən ətri bir əsəb sakitləşdiricidir. Azərbaycan mətbəxində təəsüflər olsun ki, darçından az istifadə olunur bəlkə də darçının bizdə bitməməsi ilə əlaqədardır amma darçın bizdə bitməsədə məncə yazdığım faydaları oxuyan hər bir insanın sevimli qidası olacaq İnşAllah.

Darçının gözəl ətri ağız qoxusunu götürür, elə düşünməyin ki, darçını istifadə etdikdən sonra ağızdan bir müddət darçın ətri gələcək, sonra yox. Darçın həmdə ağızdan gələn qoxunu müalicə edir. Darçın qanda şəkəri aşağı salır buna görə şəkər xəstələrinin sevimli bir qidası olmalıdır. Şəkəri olanlar gündə 1 çay qaşığı darçını istər yeməklərinə, istər çaylarına istərsə də ağızlarına atıb üstündən 1 stəkan su içə bilərlər, bunu həmişə edə bilərsiniz. Darçın cinsi istəyi artırır həm kişilərdə, həm qadınlarda cinsi istəyi artırmaq üçün belə istifadə olunmalıdır:

150 qram darçın tozu

50 qram zəncəfil tozu

1 kq şabalıd balına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır (buna həmdə darçın məcunu deyə bilərik). Əgər qanda yüksəlmiş xolesterin, lipidlər, triqliseridlər, ALT, AST, bilrubin və s. varsa onda darçın məcunundan gündə 3 dəfə yedikdə mükəmməl təsirini görəcəksiniz. Darçının tərkibindəki dəmir, sellüloza, kumarinlər və başqa minerallar antioksidant mənbəyidirlər, bu maddələr bizi həm xərçəngdən qoruyur, həmdə xərçəng olanların hər gün istifdə etdiyi qida olmalıdır. Darçında zəngin kalsium vardır sümük böşluğu, çox tərləmələr, klimaks keçirən xanımların sevimli qidası olmalıdır. Darçın məcunu osteoporoz (sümük əriməsi) xəstələri üçün şəfalıdır. Bədəni daima soyuq olanlar, əlləri, ayaqları buz kimi olanlar biraz soyuq olan kimi əlləri şişən və göyərən insanlar üçün darçın məcunu əvəzolunmazdır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı yeməli və ya 1 stəkan suya qarışdırıb içməli bunu ən azı 1 ay etmək lazımdır. Daimi ishaldan əziyyət çəkən insanlar toz darçını gündə 1 çay qaşığı səhər ac qarına ağıza atıb üstdən 1 stəkan su için və ya daha faydalı olmaq üçün 1 stəkan kisel hazırlayın 1 stəkan kiselə 1 dolu çay qaşığı toz darçın əlavə edib, qarışdırıb ac qarına için. Darçın həmdə bədənimizdə xoşbəxtlik hormonlarının istehsalını artırır, xöşbəxtlik hormonları bədəndə təbii ağrıkəsicilərdir, deməli darçın qəbul edən insanlar etməyənlərdən ağrı hissini daha az hiss edirlər.

Darçın təbii ağrıkəsicidir. 1 dolu çay qaşığı toz darçını 1 dolu xörək qaşığı bal ilə qarışdırıb üstünə 2 xörək qaşığı su əlavə edib ağrıyan oynaqlara sürtən kimi oynaq ağrılarını götürür, bunu sivilcələrin, səpgilərin, aknelərin üstünə çəkəndə sağaldır, hətta bu qarışımı üzədə çəkə bilərsiniz üzdəki ləkələri götürür, səpgiləri aradan qaldırır, üzə çəkəndə 30 dəqiqədən artıq saxlamaq olmaz. Əgər yaddaş və hafizə zəifliyi, diqqətsizlik, güclü baş ağrıları varsa onda darçın məcunundan istifadə edin. Darçın məcunu Alzheimer və skleroz xəstəliyinə tutulmanın qarşısını alır. Mən daçın çayını, darçın tozundan yox darçın qabığının özündən hazırlayıram onda çay həm şəffaf həmdə daha xöşagəlim olur məsələn, 3 stəkan su tutan çaynikə 1 ədəd qabıq darçın, darçının yarsı qədər kök zəncəfil (təzəsi daha ləzzətli və ətirli olur) və zövqə görə Astara çayını qarışdırıb 10 dəq dəmləyib gün ərzində için, bu çay öskürək, xroniki bronxit, mədə ağrısı, qastrit, kolit, köpdən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Bəzən burda zəncəfilin qastritə ziyan etməsini düşünən insanlarda ola bilər, amma acılığına baxmayın, yarım stəkan bu çayı içən kimi mədə yanması və ağrılar tamamilə keçəcək. Bu çay enurez (yerini islatma), qadınlarda adət hallarının uzanması və ya olmaması, revmatizma kimi xəstəliklərdə 1 ay içilməlidir. Saç tökülməsindən əziyyət çəkən insanlar gündə 3 dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı darçın məcununu yeməlidirlər və 2 xörək qaşığı qarazirə yağına 1 xörək qaşığı bal, 1 dolu çay qaşığı darçın qarışdırıb saç diblərinə yaxın bunu hər yumazdan 1 saat əvvəl həftədə 2 dəfə cəmi 10 dəfə edə bilərsiniz çox faydalı bir təsirini görəcəksiniz. 1 xörək qaşığı darçın tozunu 100 qram qarazirə yağına qarışdırıb 5 dəq vam odda zəif qaynadın, süzün, ağzını kip bağlayıb saxlayın bu yağdan revmatizm ağrılarında, oynaqlar, əzələ qıcolmalarında, iflic olmuş əzələləri, bel ağrılarında, bel, boyun osteoxondrozunda isə boyunu gündə 1 dəfə masaj edin bu yağ ağrıların azalmasına vəsilə olacaqdır. Darçını istifadə etdikdən sonra allergiya olarsa davam etmək olmaz. Hamilə xanımlar darçını çox az miqdarda qəbul edə bilərlər. Yazılmış dozadan çox istifadə edəndə qanda şəkərin səviyyəsini sala bilər.

(2,889 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.