Damar tutulduqda əvvəlcə dopler etməyinzi məsləhət görürəm. Dopler etdikdə nəyə diqqət yetirilməlidir? Hər bir venoz damarın özünün müəyyən məsafələrdən bir, qeriyə axmaması üçün qapaqlıqlar olur. Əgər o qapaqlıqlarda zədələnmə tam olubsa, buda çox nadir hallarda olur, qismən olubsa onu müalicə eləmək olur. Sofora bitkisi damarların elastikləşməsinə yaxşı təsir edir, gündə 3 dəfə sofora dəmləməsini içmək olar, sofora öksəotu qarışımı ilə də yaxşı təsir göstərir. Məsələn, 100 qram sofora, 100 qram öksəotunu qarışdırıb gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda dəmləyib için. Müalicə 2 ay davam edir. Damarları təmizləyir, elastikləşdirir, qan dövranını yaxşılaşdırır, əl ayaq soyuqluğunda faydalıdır.

Alma sirkəsidə yaxşı təsir göstərir. Bəzi insanların təzyiqi aşağı olur buna görədə alma sirkəsini içməkdən imtina edirlər. Bu halda 1 xörək qaşığı alma sirkəsini 1 çay qaşığı bal ilə 1 stəkan suda qarışdırıb gündə 2 dəfə yeməkdən 2 saat sonra içmək olar. Müalicə 3 ay davam edə bilər. Bundan başqa yaxşı olar ki, hər axşam ayaqları alma sirkəsi ilə 10-15 dəqiqə masaj edəsiniz, sonra ayaqları qaldırıb silkələyin. 1-2 ay etdikdə yaxşı təsir göstərəcək. Damarların ətrafına hicama qoyduqdan 1 həftə sonra zəli müalicəsinə keçin. Əgər təzyiq və hemoqlobin normadadırsa onda həftədə 8 ədəd, damraların ətrafına, zəli qoymaq olar. Ümumi 42, 48 və daha çox zəli qoyula bilər.

(2,060 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.