İsti yay günlərində oruclu vaxtı hamımızın ürəyi yeməkdən daha çox su istəyir, iftarda bol-bol su içməyi düşünərək orucumuza davam edirik və iftara yaxın hər suları süfrələrimizə düzürük. Ramazan həm də sağlıq qazanmaq ayı olduğundan çalışmaq lazımdır ki, ramazanda bədənimiz ziyan görməsin, məsələn hər axşam soyuq su ilə iftar açılması və ya iftarda soyuq suyun bol-bol içilməsi soyuq suyun keçdiyi bütün yolların iltihablanmasına səbəb ola bili. Angina, faringit, lorinqit kimi iltihabi xəstəliklərə və ən əsası isə mədəmizə elə bir zərər verə bilərik ki, illərlə davam edə bilər. Soyuq su iltihab mənbəyidir.

Keçək qazlı suya. Qazlı su soyuq sudan da zərəlidir, qazlı su mədə divarını güclü bir şəkildə aşılayır, qazlı su böyrək yumaqcıqlarından süzüləndə yumaqcıqları zədələyir (bu hətta böyrəklərimizi sıradan çıxara bilər), qazlı su xassəcə turş mühit olduğundan bədəni turşlaşdırır. Unutmayın, bədən mühiti turşlaşırsa bədən çarəsi olmayan sistem xəstəliklərindən tutmuş xərçəngə qədər açıq bir qapı olur.

İftarda soyuq su içmək məcburiyyətində olsanız suyu ağıza alıb ağızda isidərək yavaş-yavaş için. İftarda ən faydalı su otaq temperaturunda olan sudur, çalışın suyu aramla, oturaraq yavaş-yavaş və bol-bol için.

(993 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.