Sağlamlıq üçün sağlam qidalanmaq vacibdir. Bizlər yay aylarında bol-bol salatlar, meyvə-tərəvəzlər yeməliyik ki, bədən mühitimiz qələviyə doğru dəyişsin. Unutmayaq ki, çarəsi olmayan bir çox xəstəliklər bədənimizin mühiti turş mühitə doğru dəyişdiyi üçün baş verir. Hazırlanılmış salatlar zövqlə yeyilməli, yeyilməsindən ləzzət alınmalıdır. Aşağıda yazdığım salat mənim çox xoşladığım salatlardan biridir.

Lazım olanlar: Burda lazım olanlar fərdi seçə bilərsiniz və ya miqdarlarını zövqə görə dəyişə bilərsiniz əsas odur ki, faydalı salatımız hazır olsun. Kök, Çuğundur, Pomidor, Xiyar, Cəfəri, Şüyüd, istərsəniz az duzlu pendir vura bilərsiniz və ya başqa göyərtilər də qarışdıra bilərsiniz.

Hazırlanılması: Göyərtilər doğranılır, pomidor, xiyar da 1 sm-lik kubiklər formasında doğranılır, kök sürtgəcdən keçirilir, çuğunduru sürtgəcdən keçirib 1-2 saat alma sirkəsində saxlayıb sonra salata qarışdırmaq lazımdır. Salatın üstünə 1-2 xörək qaşığı rafinə olmamış zeytun yağı qarışdırıb süfrəyə qoyulur. Salatın yanında yarım limon olmalıdır, yeməyə başlayanda üstünə limon şirəsi sıxıb qarışdırıb yemək lazımdır. Həm faydalı, həm də çox dadlıdır.

(927 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.