Kateqoriya: Faydalı

Faydalı

YÜKSƏK TƏZYİQLƏ BAĞLI FAYDALI QİDALAR VƏ BİTKİLƏR

YÜKSƏK TƏZYİQLƏ BAĞLI FAYDALI QİDALAR VƏ BİTKİLƏR

Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki, Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər. Bu məqsədlə insanlar daha çox həblərdən istifadəyə üz tuturlar. Amma unutmayın ki, bir qutu dərman içməklə siz bu xəstəliyi müalicə etmiş sayılmırsınız. Bəzən xəstələr hətta 2 və daha çox hipotensiv dərmanlar içirlər. Bu dərmanların bir qrupu sidikqovucudur, kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Bir qrupu isə qaraciyəri, mədəni və mədəaltı vəzi zədələyir. Yəni bu dərəcədə sintetik həblərə bağlanmaq düzgün deyil. Həm də bilmək lazımdır ki, istifadə olunan nə qədər keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir. Və xəstənin özbaşına bu preparatlardan, eləcə də bitkilərdən istifadə etməsini məsləhət görmürəm. Çünki əslində yüksək təzyiq orqanizmimizin çağırış simptomudur, o ayrıca bir xəstəlik deyildir. Yəni onun kökündə hansısa bir problem, xəstəlik durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlər artıq çəkilərini qaydaya salsınlar, aktiv həyat tərzi sürsünlər, xörək duzundan çox istifadə etməsinlər. Hipertoniyada bu orqanları yoxlatmaq lazımdır: beyini, ürəyi, böyrəyi və böyrəküstü vəzi. Qeyd etdiyimiz kimi ilk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi təzyiqin də yüksəlməsinə səbəb olur. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir. […]

Davamını oxu
Paylaş:
Faydalı

ZƏNCƏFİLİN İNSAN ORQANİZMİNƏ TƏSİRLƏRİ

ZƏNCƏFİLİN İNSAN ORQANİZMİNƏ TƏSİRLƏRİ

1. İltihab əleyhinə və kapilyar genişləndirici təsir. İn vitro çalışmalarda zəncəfilin sulu ekstraktı kapilyar keçməməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir. Zəncəfil dəmləməsi həmdə qanda prostoqlandilərin blokatoru kimi təsir göstərmişdir. Deməli zəncəfil kapilyar qan keçriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromlu xəstələrdə, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir. […]

Davamını oxu
Paylaş:
Faydalı

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ Bəzi xalqlar, xüsusi ilə Yaxın Şərq və Cənubi Asiya ölkələri zəncəfili qidalarının bir hissəsinə çeviriblər. Məsləhət görürəm ki, sizlər də təzə zəncəfildən çox istifadə edəsiniz. Çünki təzə zəncəfilin tərkibində efir yağları daha çox olur və bu xoş ətri də dəmləməyə sineol, zinkiberol, kingerol və s. efirli birləşmələri verir. Mən təzə zəncəfilin bir neçə dəmlənmə və asan istifadə qaydalarını sizlərə paylaşacam ki, siz də istədiyiniz vaxt asanlıqla hazırlaya biləsiniz. Deməli, öncə 1 kq ( yarım kq da olar) təzə zəncəfili təmiz yuyun və qabığını çox nazik bir şəkildə soyun, (zəncəfili kartof kimi soymaq olmaz sadəcə üzünü qaşımaq lazımdır) sonra sürtkəcdən keçirərək hermetik bir qabda ( ağzıbağlı) soyuducuda saxlayın ki, lazım gəldikdə istifadə edə biləsiniz. […]

Davamını oxu
Paylaş:
Faydalı

DEPRESSİYA VƏ PANİK ATAK TUTMALARINA QARŞI KOMPLEKS MÜALİCƏ

DEPRESSİYA VƏ PANİK ATAK TUTMALARINA QARŞI KOMPLEKS MÜALİCƏ

Son zamanlar insanlar arasında stress, panik atak tutmaları və epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7 nəfərdən biri ömründə ən az bir dəfə panik halını yaşayır. Əgər bu hal tez- tez təkrarlanarsa onda bu Panik pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Panik pozuntusu zamanı baş verən simptomlar : baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma , nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır. Panik atak tutmaları və depressiya əleyhinə bir sıra bitkilər vardır ki, həmin simptomların azaldılmasında yardımçı olur: ballınanə ( melissa) , çobanyastığı, yarpız, pişikotu, maya sarmaşığı , damotu, yunan lavandası və s. Belə bir qarışımlardan istifadə etmək olar : ballınanə - yunan lavandası; vəya pişikotu - damotu. Bu qarışımlardan birini götürülür, hər bitkidən 1 xörək qaşığı olmaqla 3 stəkan qaynamaqda olan suya əlavə edib 5 dəq qanadılır 30 dəq dəmlənilir. Daha sonra süzərək gündə 3 dəfə və hər yeməkdən 30 dəqiqə öncə 1 stəkan içilir. Ancaq bu bitkilərdən hazırlanmış müalicələr xəstəlikdə demək olar ki, 30% effekt verəcəkdir. Çünki panika xəstəliyi zamanı kompleks müalicə tətbiq olunmalıdır. İnsan cism və ruhdan ibarətdir. Bitkilərlə biz ancaq cismimizin müalicəsini aparırıq. Ruhumuzun qidası isə Quran ayələrini dinləməkdir. […]

Davamını oxu
Paylaş:
Faydalı

KORONOVİRUSLAR HAQQINDA

KORONOVİRUSLAR HAQQINDA

Koronoviruslar normalda qorxulu olmayan adi qrip zamanı insanı yoluxduran bir viruslardır. Simptomları hamıya bəlli olan bir xəstəliklərdir. Son zamanlar koronovirusların yeni ştamları MERS-CoV, SARA-Cov və 2019-nCoV əmələ gəlmişdir bunlar daha ağır simtomlara səbəb olmaqdadırlar. Bunlardan MERS və Vuhan 2019 koronovirusları daha ciddi yuxarı tənəffüs yolları çatışmazlığına səbəb olmaqdadırlar. Koronoviruslar indilərdə insanlar arasında daha çox tanınsada elmə 1960-cı illərdən məlumdur. […]

Davamını oxu
Paylaş:
Faydalı

UD HİNDİLİ, QARAZİRƏLİ SİRKƏ QARIŞIMI

UD HİNDİLİ, QARAZİRƏLİ SİRKƏ QARIŞIMI

Artıq əksəriyyətimizin ud hindi və çörəkotu ( qarazirə) bitkisi haqqında məlumatımız vardır. Ancaq insanların onlardan daha rahat şəkildə istifadə etmələri üçün müxtəlif üsullar - qarışımlar hazırlamaq lazımdır. Bunlardan biri də qarazirəli, udhindili, sirkəli kremdir. Deməli, 100 qr təbii sirkə götürülür, ona hərəsindən 1 xörək qaşığı çötəkotu tozu və udi hindi tozu qarışdırılır. Daha sonra 3- 4 xörək qaşıq qarazirə yağı əlavə olunur və bütün tərkib yaxşı qarışdırılır. 1 həftə saxlanılır. Əgər qarışım bərk alınarsa yenidən bir neçə xörək qaşığı qarazirə yağı əlavə etmək olar. Kremin daha yaxşı yaxılması üçün kremi blenderlə 3 -5 dəqiqə qarışdırmaq daha yaxşı olar. Krem daima soyuducuda saxlanılmalıdır. […]

Davamını oxu
Paylaş:
Faydalı

YAPON YAŞIL ÇAYI

YAPON YAŞIL ÇAYI

Dünyada ən çox içilən içgilədən biri yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən çox keyfiyyətlisi Yapon yaşıl çayıdır. Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii kübrələrlə zənginləşdirirlər maraqlıdır ki kübrə məqsədilə satılmayan balıqlardan təbii kübrələr hazırlayıb torpağa verirlər. Sonra əkim başlayır 8 ildən sonra isə yığım başlayır. Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Bu olduq qədər bahalı bir üsul olsada yaponlar bunu edirlər çünki bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunub saxlanılır. […]

Davamını oxu
Paylaş:
Faydalı

DARININ FAYDALARI

DARININ FAYDALARI

Bu gün darı haqqında məlumat vermək istərdim. Mən çox təəssüf edirəm ki, Azərbaycan mətbəxində darıdan demək olar ki, heç istifadə olunmur. Darını " quş yemi" kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu " qızıl dən" adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir. Darının tərkibi zülallar, yağlar, liflər, B qrupu və PP vitaminləri , kalium, kalsium, ftor və maqneziumdan ibarətdir. […]

Davamını oxu
Paylaş: