Kateqoriya: JessAmin

JessAmin

UD HİNDİLİ, QARAZİRƏLİ SİRKƏ QARIŞIMI

UD HİNDİLİ, QARAZİRƏLİ SİRKƏ QARIŞIMI

Artıq əksəriyyətimizin ud hindi və çörəkotu ( qarazirə) bitkisi haqqında məlumatımız vardır. Ancaq insanların onlardan daha rahat şəkildə istifadə etmələri üçün müxtəlif üsullar - qarışımlar hazırlamaq lazımdır. Bunlardan biri də qarazirəli, udhindili, sirkəli kremdir. Deməli, 100 qr təbii sirkə götürülür, ona hərəsindən 1 xörək qaşığı çötəkotu tozu və udi hindi tozu qarışdırılır. Daha sonra 3- 4 xörək qaşıq qarazirə yağı əlavə olunur və bütün tərkib yaxşı qarışdırılır. 1 həftə saxlanılır. Əgər qarışım bərk alınarsa yenidən bir neçə xörək qaşığı qarazirə yağı əlavə etmək olar. Kremin daha yaxşı yaxılması üçün kremi blenderlə 3 -5 dəqiqə qarışdırmaq daha yaxşı olar. Krem daima soyuducuda saxlanılmalıdır. […]

Davamını oxu
Paylaş:
JessAmin

YAPON YAŞIL ÇAYI

YAPON YAŞIL ÇAYI

Dünyada ən çox içilən içgilədən biri yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən çox keyfiyyətlisi Yapon yaşıl çayıdır. Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii kübrələrlə zənginləşdirirlər maraqlıdır ki kübrə məqsədilə satılmayan balıqlardan təbii kübrələr hazırlayıb torpağa verirlər. Sonra əkim başlayır 8 ildən sonra isə yığım başlayır. Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Bu olduq qədər bahalı bir üsul olsada yaponlar bunu edirlər çünki bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunub saxlanılır. […]

Davamını oxu
Paylaş:
JessAmin

HƏCƏMƏT ƏN GÖZƏL MÜALİCƏDİR. (Həcəmət adl kitabımın giriş hissəsi)

HƏCƏMƏT ƏN GÖZƏL MÜALİCƏDİR. (Həcəmət adl kitabımın giriş hissəsi)

Mərhəmətli və bağışlayan Allahın adı ilə. " Gözlərimə işıq gəldi, əvvəl hərfləri 2-3 dəfə kimi görürdüm indi normaldır, başım sanki dolmuş kimi idi məni sıxırdı indi boşaldı, qulaqlarımla səsi sanki quyudan eşidiridim indi normaldır, kürəklərimdə qulunc olmalar məni sıxırdı indi quş kimiyəm, başım bədənimə ağırlıq edirdi indi başımın yükünü hiss etmirəm, düşüncələrim aydınlaşdı, belimdəki uzun sürən ağrılardan xilas oldum, ağrıyan ayağımı həcəmət etdirdim ayağım o qədər yüngülləşdi ki, o biri ayağımada qoydurdum ki, tarazlığım pozulmasın, həcəmətdən sonra ruhum cismimə o qədər qalib gəldi ki, hey gəzmək istəyirəm, həcəmətdən sonra alnımdakı frontit ağrılarından və yanaqlardkı haymorit ağrılarından xilas oldum, ayaqlarımda qan durğunluğu var idi kəsilmək üzrə idi həcəmətlə xilas oldum, illərdir məni üzən miqren ağrılarından həcəmətlə xilas oldum, aylardır pozulmuş adəpozulmalarından həcəmətlə xilas oldum, qanım normallaşdı, şəkərimin qalxmasının qarşısını həcəmətlə alıram ,ayaqlarımda irinləşmiş yaralar var idi həcəmətlə təmizlədim... […]

Davamını oxu
Paylaş:
JessAmin

Təbii probiotik mənbəyi. Tərəvəz turşuları

Təbii probiotik mənbəyi. Tərəvəz turşuları

Faydalı qidalar bölməsindən yazılarımızı davam etdiririk. İnsan birinci növbədə sağlam qidalanmalıdır ki, xəstələnməsin sağlam olmaq üçün qidalanmaya diqqət etməli və ondan sonra xəstəlik ağırlaşmaqda davam edərsə dərman bitkilərindən istifadə etməlidir. Sağlam olmaq üçün bəzən yeməli bəzən də yeməmək lazımdır. Probiotiklər insan oğlunun sağlam yaşaması üçün bağırsaq mikroflorasının qidasıdırlar. Bağırsaq mikroflorası nə qədər zəngin və sağlam olarlarsa insanda bir o qədər sağlam imuntetli olar. Belə insanlarda allergiya olmaz, belə insanlar tez tez xəstələnməz , yolxucu xəstəliklərə qarşı dözümlü olarlar. Aşağıda hazırlayacağımız tərəvəz turşusunun tərkibindəki bütün məhsullar ayrı ayrılıqda və birlikdə də faydalıdırlar. […]

Davamını oxu
Paylaş:
JessAmin

ORQANİZMİN SÜPÜRGƏSİ - FERULA ASAFOETİDA, HİLTİT, PİSİYLİ İLANKÖLGƏSİ

ORQANİZMİN SÜPÜRGƏSİ - FERULA ASAFOETİDA, HİLTİT, PİSİYLİ İLANKÖLGƏSİ

Hiltit Mərkəzi Asiyada, Əfqanıstanda, Qafqazın quru yamaclarında bitən çətirçiçəkli bitkinin köklərinin qurudulmuş qətranıdır. Qurudulmuş qətranın hazırlanması uzun sürən bir prosessdir. Deməli, köklər çərtilir və çıxan qətran toplanılır və emsl olunur. Çox faydalı bitkidir. Hiltit qapalı hermetik qabda sərin və quru yerdə 1 il saxlanıla bilər. Misirdə ona Ən keyfiyyətli hiltit qırmızı və qoxusu kəskin olanıdır. Sarımsaq və soğan qoxusuna bənzər iyə malikdir. Asafoetida güclü işlədici və sovurucu təsirə malikdir. Onu " Orqanizmin süpürgəsi " adlandırmaq olar. Allahın izni ilə aşağıda qeyd ediləcək xəstəliklərdə güclü müəlicəvi effekt verir. […]

Davamını oxu
Paylaş:
JessAmin

Halsızlıq, immun zəifliyi, görməni itiləşdirmək üçün badamlı, çiçək tozu tərkibli ballı qarışım

Halsızlıq, immun zəifliyi, görməni itiləşdirmək üçün badamlı, çiçək tozu tərkibli ballı qarışım

İnsanlar birinci növbədə düzgün qidalanmalıdırlar, çünki düzgün qidalandıqda nə bitki,  nə də dərman preparatlarıyla müalicəyə ehtiyac qalmaz. Elə məcunlar vardır ki, onları gündəlik qida rasionumuza əlavə etsək faydasını görərik. Məsələn, hər hansı yağlı, qlütenli xəmir məmulatlarındansa, şirniyyata olan aludəçiliyimizi və ya tələbatımızı badamlı, polenli bal qarışımı ilə ödəmiş olarıq. Badam uşaqların sümük - əzələ , yəni dayaq hərəkət sisteminin inkişafı üçün lazımlı qidadır. Görməni itiləşdirir, beynin fəaliyyətini artırır. Badam omeqa 3 qaynağıdır. […]

Davamını oxu
Paylaş:
JessAmin

QULAQ TUTULMASI

QULAQ TUTULMASI

Qulaq tıxanıqlığı və tutulmaları bir çox insanın üzləşdiyi problemdir. Yüksəkliyə qalxdıqda, təzyiq yüksəldikcə, duş zamanı qulağa su qaçdıqda , qulaq kirinin içəriyə doğru tıxanması nədəniylə qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit , orta qulaq iltihabı zamanı da bu hal yaşanır. Əgər sizdə sonuncu ilə bağlı qulaq tutulması olubsa... […]

Davamını oxu
Paylaş: