Kateqoriya: Sağlamlıq

Sağlamlıq

FAYDALARINI SAYMAQLA BİTMƏYƏN MƏCUN

FAYDALARINI SAYMAQLA BİTMƏYƏN MƏCUN

Faydalarını saymaqla bitməyən məcun. Bu qarışımın tükınməz faydalarını qarışımı içdikcə görəcəksiniz. Qarışım qan dövranını normallaşdırır. Qan azlığını aradan qaldırır. Bədən soyuqluğunu götürür, qanı durulaşdırır, beyin qan dövranını yaxşılaşdırır, immunteti gücləndirir, xolesterini aşağı salır, ürəyi rahiyəlındirir, ürək çatışmazlığında faydalıdır, revmatizmdə və revmatoidli poliartritdə , reyno xəstələri üçün faydalıdır. Göz zəifliyində, əllərin əsməsində , zob xəstəliyində, hormonal pozğunluqlarda, prostat hiperplaziyalarında, qadın xəstəliklərində adət pozğunluqlarında, marstopatiyalarda ağ ciyər xəstəliklərində bronxitlərdə, faringitlərdə, pnevmoniyalarda, buzlu şüşə sindromunda həm uşaqlar, həm qadınlar həmdə kişilər üçün faydalıdır. Məcunu gündən günə içdikcə faydalarını görəcəksiniz. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

HAYMORİT VƏ FRONTİT ÜÇÜN SADƏ RESEPT

HAYMORİT VƏ FRONTİT ÜÇÜN SADƏ RESEPT

HAYMORİT VƏ FRONTİT ÜÇÜN SADƏ RESEPT 1 çay qaşığı bal 1 çay qaşığı soda 1 çay qaşığı rafinə olunmamış zeytun və ya günəbaxan yağı. Bütün bu məhsullar qarışdırılır, sonra qulaq çöpü vasitəsi ilə burun boşluğuna qoyulur və mümkün qədər çox saxlanılır. Və hər dəfə uyğun olaraq bir tərəfi üstə uzanırsınız. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ Bəzi xalqlar, xüsusi ilə Yaxın Şərq və Cənubi Asiya ölkələri zəncəfili qidalarının bir hissəsinə çeviriblər. Məsləhət görürəm ki, sizlər də təzə zəncəfildən çox istifadə edəsiniz. Çünki təzə zəncəfilin tərkibində efir yağları daha çox olur və bu xoş ətri də dəmləməyə sineol, zinkiberol, kingerol və s. efirli birləşmələri verir. Mən təzə zəncəfilin bir neçə dəmlənmə və asan istifadə qaydalarını sizlərə paylaşacam ki, siz də istədiyiniz vaxt asanlıqla hazırlaya biləsiniz. Deməli, öncə 1 kq ( yarım kq da olar) təzə zəncəfili təmiz yuyun və qabığını çox nazik bir şəkildə soyun, (zəncəfili kartof kimi soymaq olmaz sadəcə üzünü qaşımaq lazımdır) sonra sürtkəcdən keçirərək hermetik bir qabda ( ağzıbağlı) soyuducuda saxlayın ki, lazım gəldikdə istifadə edə biləsiniz. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

ZƏYƏRƏK VƏ ÇİA TOXUMU QARIŞIMI

ZƏYƏRƏK VƏ ÇİA  TOXUMU QARIŞIMI

İnsanların qidalanma forması bağırsaq mikroflorasına böyük təsir edir. Müasir dövrdə insanlar çoxusu ya düzgün qidalanmır, vəya hər nə gəldi sadəcə yaşamaq naminə qidalanırlar, azhərəkətli həyat tərzi sürür və bunun nəticəsində bağırsaqların perestallikası zəifləyir, normal boşalmır, qəbizlik yaranır və nəticədə həzm oluna bilməyən qida qalıqları, şlaklar və s ziyanlı maddələr bağırsaq divarına toplanır. Zaman keçdikcə bu maddələr bərkiyərək nəcis daşlarına çevrilir. Nəcis daşlarının əmələgəlməsinə həm də bərk qida qalıqları, kalsiumun sorulmaması, iltihabi proseslər və çətinəriyən yağlar səbəb ola bilər. Nəcis daşları da bütün orqanizmi intoksikasiya edir - zəhərləyir. Beləliklə, qaraciyərin, bağırsaqların, mədəaltıvəzin və bir sıra orqanların funksiyası da pozulmuş olur. Qarında köp, ağırlıq yaranır, "səbəbsiz" baş ağrıları meydana çıxır, immunitet zəifləyir, üz dərisində səpgilər əmələ gəlir. Qanda xolesterin və sələflərinin miqdarı artmağa başlayır. Əvvəlcə qanda böyük yağ kürəcikləri çoxalır ( buna səbəb bağırsaqların filtr qabiliyyətinin pozulmasıdır) daha sonra piylənmə başlayır. Bunların qarşısını almaq üçün yaxşı olar ki, ilk növbədə gün ərzində yayda 2-3 litr qışda isə 1-2 litr su içilsin, mütəmadi lifli - selüloza tərkibli qidalardan istifadə olunsun. Bunlardan biri də qidalı liflərlə zəngin olan zəyərək toxumudur, o bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. 1 çay qaşığı zəyərək 27 çay qaşığı suyu özünə hopdurmaq xüsusiyyətinə malikdir. Ondan həm də xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı da müalicəvi vasitə kimi istifadə olunur. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

UD HİNDİLİ, QARAZİRƏLİ SİRKƏ QARIŞIMI

UD HİNDİLİ, QARAZİRƏLİ SİRKƏ QARIŞIMI

Artıq əksəriyyətimizin ud hindi və çörəkotu ( qarazirə) bitkisi haqqında məlumatımız vardır. Ancaq insanların onlardan daha rahat şəkildə istifadə etmələri üçün müxtəlif üsullar - qarışımlar hazırlamaq lazımdır. Bunlardan biri də qarazirəli, udhindili, sirkəli kremdir. Deməli, 100 qr təbii sirkə götürülür, ona hərəsindən 1 xörək qaşığı çötəkotu tozu və udi hindi tozu qarışdırılır. Daha sonra 3- 4 xörək qaşıq qarazirə yağı əlavə olunur və bütün tərkib yaxşı qarışdırılır. 1 həftə saxlanılır. Əgər qarışım bərk alınarsa yenidən bir neçə xörək qaşığı qarazirə yağı əlavə etmək olar. Kremin daha yaxşı yaxılması üçün kremi blenderlə 3 -5 dəqiqə qarışdırmaq daha yaxşı olar. Krem daima soyuducuda saxlanılmalıdır. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

Osteoxondrozla bağlı məsləhətlər

Osteoxondrozla bağlı məsləhətlər

İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin vaxtında tədbir görülmədikdə cox ciddi narahatlığa səbəb olur. Ən çox da qadınlar da təsadüf olunur. Az hərəkətli insanlar da, vaxtının çoxunu kompyuter arxasında keçirənlərdə daha çox osteoxondroz müşahidə olunmaqdadır. Ona görə birinci növbədə hərəkət önəmlidir. Ağrı onun əsas əlamətidir. Xəstəlik irəlilədikcə keyimələr baş verir. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır, məsələn: bel osteoxondrozunda beldə və ayaqlarda güclü ağrılar, keyimə və hətta aşağı ətrafların arıqlaması kimi hallar müşahidə oluna bilər. Mütləq şəkildə bir daha fiziki fəallığı artırmağı vurğulayıram. Çünki fiziki fəallıq zəiflədikcə həmin toxumalarda qan dövranı zəifləyir, disklərin qidalanması azalır. Və eləcə də artıq çəkidən azad olmaq lszımdır. Çünki artıq çəki fəqərə sütununa düşən yükün artması və osteoxondrozun inkişafı amillərindəndir. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

HƏCƏMƏT ƏN GÖZƏL MÜALİCƏDİR. (Həcəmət adl kitabımın giriş hissəsi)

HƏCƏMƏT ƏN GÖZƏL MÜALİCƏDİR. (Həcəmət adl kitabımın giriş hissəsi)

Mərhəmətli və bağışlayan Allahın adı ilə. " Gözlərimə işıq gəldi, əvvəl hərfləri 2-3 dəfə kimi görürdüm indi normaldır, başım sanki dolmuş kimi idi məni sıxırdı indi boşaldı, qulaqlarımla səsi sanki quyudan eşidiridim indi normaldır, kürəklərimdə qulunc olmalar məni sıxırdı indi quş kimiyəm, başım bədənimə ağırlıq edirdi indi başımın yükünü hiss etmirəm, düşüncələrim aydınlaşdı, belimdəki uzun sürən ağrılardan xilas oldum, ağrıyan ayağımı həcəmət etdirdim ayağım o qədər yüngülləşdi ki, o biri ayağımada qoydurdum ki, tarazlığım pozulmasın, həcəmətdən sonra ruhum cismimə o qədər qalib gəldi ki, hey gəzmək istəyirəm, həcəmətdən sonra alnımdakı frontit ağrılarından və yanaqlardkı haymorit ağrılarından xilas oldum, ayaqlarımda qan durğunluğu var idi kəsilmək üzrə idi həcəmətlə xilas oldum, illərdir məni üzən miqren ağrılarından həcəmətlə xilas oldum, aylardır pozulmuş adəpozulmalarından həcəmətlə xilas oldum, qanım normallaşdı, şəkərimin qalxmasının qarşısını həcəmətlə alıram ,ayaqlarımda irinləşmiş yaralar var idi həcəmətlə təmizlədim... […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

Təbii probiotik mənbəyi. Tərəvəz turşuları

Təbii probiotik mənbəyi. Tərəvəz turşuları

Faydalı qidalar bölməsindən yazılarımızı davam etdiririk. İnsan birinci növbədə sağlam qidalanmalıdır ki, xəstələnməsin sağlam olmaq üçün qidalanmaya diqqət etməli və ondan sonra xəstəlik ağırlaşmaqda davam edərsə dərman bitkilərindən istifadə etməlidir. Sağlam olmaq üçün bəzən yeməli bəzən də yeməmək lazımdır. Probiotiklər insan oğlunun sağlam yaşaması üçün bağırsaq mikroflorasının qidasıdırlar. Bağırsaq mikroflorası nə qədər zəngin və sağlam olarlarsa insanda bir o qədər sağlam imuntetli olar. Belə insanlarda allergiya olmaz, belə insanlar tez tez xəstələnməz , yolxucu xəstəliklərə qarşı dözümlü olarlar. Aşağıda hazırlayacağımız tərəvəz turşusunun tərkibindəki bütün məhsullar ayrı ayrılıqda və birlikdə də faydalıdırlar. […]

Davamını oxu
Paylaş: