Kateqoriya: Ümumi

Ümumi

DEPRESSİYA VƏ PANİK ATAK TUTMALARINA QARŞI KOMPLEKS MÜALİCƏ

DEPRESSİYA VƏ PANİK ATAK TUTMALARINA QARŞI KOMPLEKS MÜALİCƏ

Son zamanlar insanlar arasında stress, panik atak tutmaları və epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7 nəfərdən biri ömründə ən az bir dəfə panik halını yaşayır. Əgər bu hal tez- tez təkrarlanarsa onda bu Panik pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Panik pozuntusu zamanı baş verən simptomlar : baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma , nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır. Panik atak tutmaları və depressiya əleyhinə bir sıra bitkilər vardır ki, həmin simptomların azaldılmasında yardımçı olur: ballınanə ( melissa) , çobanyastığı, yarpız, pişikotu, maya sarmaşığı , damotu, yunan lavandası və s. Belə bir qarışımlardan istifadə etmək olar : ballınanə - yunan lavandası; vəya pişikotu - damotu. Bu qarışımlardan birini götürülür, hər bitkidən 1 xörək qaşığı olmaqla 3 stəkan qaynamaqda olan suya əlavə edib 5 dəq qanadılır 30 dəq dəmlənilir. Daha sonra süzərək gündə 3 dəfə və hər yeməkdən 30 dəqiqə öncə 1 stəkan içilir. Ancaq bu bitkilərdən hazırlanmış müalicələr xəstəlikdə demək olar ki, 30% effekt verəcəkdir. Çünki panika xəstəliyi zamanı kompleks müalicə tətbiq olunmalıdır. İnsan cism və ruhdan ibarətdir. Bitkilərlə biz ancaq cismimizin müalicəsini aparırıq. Ruhumuzun qidası isə Quran ayələrini dinləməkdir. […]

Davamını oxu
Paylaş:
Ümumi

DARININ FAYDALARI

DARININ FAYDALARI

Bu gün darı haqqında məlumat vermək istərdim. Mən çox təəssüf edirəm ki, Azərbaycan mətbəxində darıdan demək olar ki, heç istifadə olunmur. Darını " quş yemi" kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu " qızıl dən" adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir. Darının tərkibi zülallar, yağlar, liflər, B qrupu və PP vitaminləri , kalium, kalsium, ftor və maqneziumdan ibarətdir. […]

Davamını oxu
Paylaş:
Ümumi

SÜMÜK SUYUNUN FAYDALARI

SÜMÜK SUYUNUN FAYDALARI

İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük ( sümüklü ətin) suyudur. Sümük suyu oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində, paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü ətin uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir. Kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur. Sümük suyunun daha dadlı olması üçün əlavə olaraq bura 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir. […]

Davamını oxu
Paylaş:
Ümumi

KOSMETİKADAKI TƏHLÜKƏ

KOSMETİKADAKI TƏHLÜKƏ

Bu günkü günümüzdə həm qadınlar həmdə kişilər müxtəlif kosmetika vasitələrindən istifadə edirlər. Kosmetikaların verdiyi təhlükənin zərərlərini biliəndən sonra sonra ən azından ya az istifadə etməli yada süni kosmetikaları daha faydalı olan vasitələrə dəyişə bilərsiniz. Əvvəlcə bunu nəzərinizə çatdırım, elə bilməyinki, bahalı kosmetik məhsullar faydalıdır bu reklama aldanıb nəinki dərinizi bütün bədəninizi təhlükəyə atmayın. Bu gün müvəqqəti gözəl görünmək üçün bu məhsulların içinə o qədər kimyəvi qatqılar qarışdırılırki, bunlar vücudumuza zərərsiz ötüşə bilməz. Bütün kosmetik vasitələr aşağıdakı saydığım kimyəvi qatqı maddələrindən ya hamısından yada yarsından istifadə edirlər. Kosmetik vasitələrin gözəl parlaq, canlı, su tutucu nəmləndirici, günəş şüalarını sındırıcı, bronzlaşdırıcı, yumşaldıcı, təravətləndirici, aromatlaşdırıcı, rəngləyiciləri, vaxtlarını uzatmaq üçün tərkibindəki stabilizatorların və sairələrin hamısı kimyəvi maddələrdirlər onlar dəriyə çəkildikdən sonra dəri vasitəsilə bədənə sorulmağa başlayır, belə maddələrin çoxusu bədən tərəfindən xaric oluna bilmirlər orqanizmdə depolanaraq xərçəngdən tutmuş bütün sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar. 1. Rəngləyicilər. Kosmetik vasitələrin daxilindəki rəngləyicilərin demək olar hamısı sintetik mənşəlidirlər. Belə rəngləyicilər ya matlaşdırıcı ya bronzlaşdırıcı yada parlaqlıq effektləri verməkdərilər. Rəngləyicilər saç boyasında, sifət dodaq makiyajlarında günəş kremlərində və sairələrə qarışdırılır. Ümumdünya səhiyyə təşkilatında bunla insan dərisi və sağlamlığı üçün olduqca təhlükəli sayılmaqdadırlar. Allergiya səbəb olmaqda, dəridən sorularaq bədəndə sərbəst radikalların artmasına daha sonra isə xərçəng və sistem xəstəliklərinin əmələ gəlməsinə səbəb olmaqdadırlar. Daha çox rəngləyici kimi titaniumdioksid maddəsindən istifadə olunuki, bu maddə nano texnologiya üsulu ilə alınmış maddədir təsiri günəş şüası ilə təbii qaynaqları parçalayaraq korbonoksid və suya parçalanır yəni dəriyə çəkdikdə dərini zaman zaman parçalmağa başlayırlar, ən təhlükəlisi isə budurki, bu hissəciklər o qədər baacadırlar ki, dəridən sorulduqdan sonra hüceyrənin içinə girə bilir hüceyrəninin genetik quruluşunu belə pozurlar. […]

Davamını oxu
Paylaş:
Ümumi

HOMOSİSTEİN İNFARKTIN BİR ADDIMLIĞINDA

HOMOSİSTEİN İNFARKTIN BİR ADDIMLIĞINDA

Homosistein – qan plazmasının kükürd tərkibli aminturşusudur‐ C4H9NO2S. Qidalanma rejiminin pozulması, qidalanmada ət yeməklərinin çoxluğu, az hərəkətlilik, göyərtilərdən və tərəvəzlərdən az istifadə edilməsi homosisteinin yüksəlməsinə səbəb olur. Hemiosistein miqdarının normadan yüksək olması qan dövranın pozulmasına səbəb olmaqdadır. Hemosistein miqdarının yüksəlməsi orqanizdə belə baş verir, deməli mütəmadi surətdə yağlı və ətli qidalarla qidalandıqda bu qidalarla yanaşı əsasən B qrup və C vitaminləri az qəbul edildikdə zaman zaman bədəndə yağ və zülal hissəciklərinin miqdarı yüksəlir. Yüksəlmiş yağlar əvvəlcə kapilyar pozğunluqlarına daha sonra isə damar pozğunluqlarına səbəb olur. Bu prosesdə çox maraqlı bir nəticədə əmələ gəlir, deməli əvvəlcə kapilyar qan dövranın daha sonra isə magistaral damarların mənfəzi daraldığından toxumalarda qidalanma ilə bağlı pozğunluqlar əmələ gəlir dmarlarda yağ, karbohidrat və zülallar artsada toxumalarda aclıq prosesi başlayır, toxumaların aclığı beyinə çatır beyin insanı daha çox yeməyə sövq edən siqnallar göndərir, insan oğlu durmadan qidalanır bu qidalanma nəticəsində qanda hemosisteinin miqdarı yüksəlməyə davam edir, damar daxili darlmalar dahada çoxaldığndan damar daxilində əlavə yağ və tromb hissəcikləri toplaşmağa başlayır belə vaxtlarda insan bunu belə hiss etməyə başlayır. Deməli əvvəlcə təzyiq yüksəlməyə naşlayır, həddindən çox ərincək olur, az hərəkət edən kimi təngənəfəslik başlayır, əvvəlki gümrahlıq və dinclik halı olmur, özündə diskomfort hallar hiss etməy başlayır, tez tez köpmələr və qəbizlik halları çoxalmağa başlayır, daha çox ayaqlarda və əllərdə qaşınmalar başlayır, tez tez ürəkdöyünmələr və ürək ritminin pozulması halları başlayır. Saydığım bu hallar zaman zaman keçdikcə insan özünü infakta hazırlayır. Ürəyi qidalandıran damarların tutulması və bu damar daxilində daralmalar infakta zəmin hazırlayır. İnfakt keçirən insanın isə yaşaması həmin zaman yalnız Allahın əlndədir desək daha doğru olar, çünki infaktın baş vermə dərinliyindən asılı olaraq insan həyatda yaşayada bilər yaşamayda. Heç olmasa ildə 1 dəfə qanda hemosistein, xolesterin, triqliseridlər kimi analizlər verilməlidir ki, insan özünün hansı vəziyyətdə olduğundan xəbərdar olsun. əgər yuxarıda saydığım hallardan biri vardırsa onda bu analizləri verməli və aşağıda saydığım müalicə vasitələrinə baş vurmalıdırlar. Homosistein və xolesterin yüksəkliyi zaman heç vaxtı bunları aşağı salan kimyəvi həblərdən istifadə etməyin. Mən öz xəstələrimdə bunun şahidi olmuşamki illərlə dərman qəbul edən insanlar bir həftə dərman qəbulunu saxlayan kimi xolesterin və hemosistein əvvəlki nisbətlərdən də yuxarı qalxmağa başlayır. […]

Davamını oxu
Paylaş: