Tarix: Mart 2020

Faydalı

DEPRESSİYA VƏ PANİK ATAK TUTMALARINA QARŞI KOMPLEKS MÜALİCƏ

DEPRESSİYA VƏ PANİK ATAK TUTMALARINA QARŞI KOMPLEKS MÜALİCƏ

Son zamanlar insanlar arasında stress, panik atak tutmaları və epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7 nəfərdən biri ömründə ən az bir dəfə panik halını yaşayır. Əgər bu hal tez- tez təkrarlanarsa onda bu Panik pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Panik pozuntusu zamanı baş verən simptomlar : baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma , nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır. Panik atak tutmaları və depressiya əleyhinə bir sıra bitkilər vardır ki, həmin simptomların azaldılmasında yardımçı olur: ballınanə ( melissa) , çobanyastığı, yarpız, pişikotu, maya sarmaşığı , damotu, yunan lavandası və s. Belə bir qarışımlardan istifadə etmək olar : ballınanə - yunan lavandası; vəya pişikotu - damotu. Bu qarışımlardan birini götürülür, hər bitkidən 1 xörək qaşığı olmaqla 3 stəkan qaynamaqda olan suya əlavə edib 5 dəq qanadılır 30 dəq dəmlənilir. Daha sonra süzərək gündə 3 dəfə və hər yeməkdən 30 dəqiqə öncə 1 stəkan içilir. Ancaq bu bitkilərdən hazırlanmış müalicələr xəstəlikdə demək olar ki, 30% effekt verəcəkdir. Çünki panika xəstəliyi zamanı kompleks müalicə tətbiq olunmalıdır. İnsan cism və ruhdan ibarətdir. Bitkilərlə biz ancaq cismimizin müalicəsini aparırıq. Ruhumuzun qidası isə Quran ayələrini dinləməkdir. […]

Davamını oxu
Paylaş:
Sağlamlıq

ZƏYƏRƏK VƏ ÇİA TOXUMU QARIŞIMI

ZƏYƏRƏK VƏ ÇİA  TOXUMU QARIŞIMI

İnsanların qidalanma forması bağırsaq mikroflorasına böyük təsir edir. Müasir dövrdə insanlar çoxusu ya düzgün qidalanmır, vəya hər nə gəldi sadəcə yaşamaq naminə qidalanırlar, azhərəkətli həyat tərzi sürür və bunun nəticəsində bağırsaqların perestallikası zəifləyir, normal boşalmır, qəbizlik yaranır və nəticədə həzm oluna bilməyən qida qalıqları, şlaklar və s ziyanlı maddələr bağırsaq divarına toplanır. Zaman keçdikcə bu maddələr bərkiyərək nəcis daşlarına çevrilir. Nəcis daşlarının əmələgəlməsinə həm də bərk qida qalıqları, kalsiumun sorulmaması, iltihabi proseslər və çətinəriyən yağlar səbəb ola bilər. Nəcis daşları da bütün orqanizmi intoksikasiya edir - zəhərləyir. Beləliklə, qaraciyərin, bağırsaqların, mədəaltıvəzin və bir sıra orqanların funksiyası da pozulmuş olur. Qarında köp, ağırlıq yaranır, "səbəbsiz" baş ağrıları meydana çıxır, immunitet zəifləyir, üz dərisində səpgilər əmələ gəlir. Qanda xolesterin və sələflərinin miqdarı artmağa başlayır. Əvvəlcə qanda böyük yağ kürəcikləri çoxalır ( buna səbəb bağırsaqların filtr qabiliyyətinin pozulmasıdır) daha sonra piylənmə başlayır. Bunların qarşısını almaq üçün yaxşı olar ki, ilk növbədə gün ərzində yayda 2-3 litr qışda isə 1-2 litr su içilsin, mütəmadi lifli - selüloza tərkibli qidalardan istifadə olunsun. Bunlardan biri də qidalı liflərlə zəngin olan zəyərək toxumudur, o bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. 1 çay qaşığı zəyərək 27 çay qaşığı suyu özünə hopdurmaq xüsusiyyətinə malikdir. Ondan həm də xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı da müalicəvi vasitə kimi istifadə olunur. […]

Davamını oxu
Paylaş: