1001 dərdin dərmanı – bildirçin yumurtası

bildirçin yumurtası

Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır. Deməli, Yaponiyada atom bombası atılan zaman hansı uşaq gün ərzində 2-3 ədəd bildirçin yumurtası yemişdirsə, bombanın zərərlərini daha az görmüş və əqli inkişafına görə yaşıdlarından daha yaxşı inkişaf etmişdir. Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə çox dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var. Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir, tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır. Gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz bir qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.

Qabıqlarını da istifadə edin, belə ki, qabıqlar azca qaynadılıb, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırıldıqda kalsium çatışmazlığını aradan qaldırır. Uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.

Bidirçin yumurtası cinsi istəyi artırır. Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza çəkin, yarım saatdan sonra  şampun vurmadan yuyun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.

Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.

Müqəddəs kitabımız Quranda 3 yerdə bildirçin adı keçir.

  • Əl-Bəqərə, 57-ci ayə : “(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.”
  • Əraf, 160-cı ayə : “Biz onları (İsrail oğullarını) on iki qəbiləyə – ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!”
  •  Ta Ha, 80-ci ayə : “Ey İsrail oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!”

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.