Ağız, boğaz, mədə və bağırsaqları xərçəngdən necə qorumalı?

xərçəng

Allahın bizə vermiş olduğu dəyərlərə sahib çıxanlar sağlam yaşayır, xəstəlikdən deyil, qocalıqdan dünyasını dəyişir. Ağızdan tutmuş bağırsaqlara qədər daxili orqanları xər-çəngdən necə qorumaq olar?

Bugün bütün dünyanın dəstəklədiyi bir fikir var ki, az dozada zəhər orqanizm üçün faydalıdır. Məsələn, ərik və şaftalı çəyirdəyi zəhərli maddə olan kalium-sianidlə zəngin olsa da, bugün xərçəngin profilaktikasında geniş istifadə olunur. Acı badamın daxilə qəbulunun xərçəng xəstəliyinin müalicəsində faydası da artıq dünya tərəfindən qəbul olunur. Lakin bütün bunlardan qat-qat faydalı olan bitki var və tərkibində az dozada sianidlər olduğundan Amerikada həmin bitkinin istifadəsi qadağandır. Bu, misvakdır. Bəli, misvak Amerika Səhiyyə Nazirliyi tərəfindən qadağan olunub. Maraqlıdır ki, ərik tumu tərkibindəki sianidlərə görə şiş xəstəliklərinin profilaktikasında istifadə olunduğu halda, misvak məhz həmin maddələrə görə qadağandır. Bunun yalnız bir məntiqli açıqlaması var, çünki misvak İslam dininin atributlarından biridir.

Mən isə əksinə, misvakdan bol-bol istifadə etməyi tövsiyə edirəm, onun ağız boşluğu və boğaz xəstəliklərində müstəsna faydası var. Diş daşlarını əridir, ağızdan gələn pis qoxunu aradan qaldırır, angina, faringit kimi xəstəliklərin və kariesin qarşısını alır, ən əsası daimi istifadə zamanı xərçəngə tutulma riskini sıfra endirir. Xatırladım ki, misvak antibakterial təsirinə görə nanədən 20 dəfə güclüdür.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.