Alaqanqal gövdəsi

alaqanqal

İndi yaşıl alaqanqal artıq yavaş-yavaş çıxmaqdadır. Belə ki, alaqanqal dibdən kəsilir, bıçaqla üstü təmizlənilir və yeyilir. Bu zamanlarda yeyilən bir bitkidir və 15-20 gündən sonra yemək olmaz. Çox dadlı olmasa da çox faydalıdır. Alaqanqalda zəngin silimarin maddəsi vardır. Silimarin həm də alaqanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır. 

Dərilərində ləkələr olanlar zamanı itirmədən bol-bol yesinlər, öd və qaraciyərdən qaynaqlanan ləkələr üçün faydalıdır. Uşaqlarınıza da yedizdirin, vitamin və minerallarla zəngindir, yeni qan yaradır, böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı da faydalıdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.