Aspartam zəhəri nədir? – E951

aspartam E951

Bu gün işə gələndə önümdə gedən avtobusda belə bir reklam gördüm; – Aspartamsız saqqızlar (sonra saqqızların adları yazılmışdır)

Deməli, nədir bu aspartam? Aspartam bizim bildiyimiz dünyada məşhur içkilərin tərkibində olan, həmişə reklamda diş pastalarının tərkibində olan,  şirniyyatların, marmeladların, lokumların və sair tərkibinə vurulan şirinləşdirici bir maddədir. Bu maddə, yəni aspartam 1980-ci ilə qədər əkin sahələrində həşəratları öldürmək üçün istifadə olunub.

İçkilərin tərkibinə vurulanda ağızda qar xartıltısı effekti verir, bu içkiyə asılılıq əmələ gətirir. Aspartam içkilərə qatılması üçün qızdırılır, tərkibində çox zəhərli maddə olan fenol birləşmələri vardır.
Etiket üzərində ya aspartam olaraq yazılır, yada E951 kod olaraq yazılır.

Aspartam əsəbilik, piylənmə, dəridə qaşıntılar, yuxusuzluq, bədən turşulaşması, yaddaşsızlıq, ürək döyüntüləri, maddələr mübadiləsinin pozulması və s. kimi yüzlərcə xəstəliklərin bünövrəsini qoyan zəhərli bir maddədir.

Bəs deyə bilərsiniz niyə dünya buna göz yumur və istifadəsinə icazə verir? Bəli, bu gün bütün dünyanı pul idarə edir, firmalara sağlamlıq yox, onlara pul lazımdır. Özünüzü və uşaqlarınızı bu zəhərdən qoruyun.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.