Babasil şişlərinin zəli ilə müalicəsi

babasilin zəli ilə müalicəsi

Bəzən sıradan görünən problemlər insanların həyat keyfiyyətini çox aşağı salır, məsələn, babasil xəstəliyinin ağırlaşması kimi. Babasil zamanı anal dəliyin ətrafında venoz düyünlər şişir və düzgün müalicə almadıqda proses 10 illərlə davam edə bilir. Hər gün xəstəni incidir, nəinki öz-özünə keçib getmir, əksinə ildən-ilə ağırlaşır.

Bu zaman nə etməli?

Şişmiş babasil düyünlərinin müalicəsi üçün zəlidən istifadə olunur, əvvəlcə xəstə yaxşı-yaxşı yuyunur və şişmiş babasilin üstünə 3 və ya 4 ədəd zəli qoyulur və hər 3-4 gündən bir prosedur təkrar edilir, beləcə hər bir xəstəyə 9-12 ədəd zəli qoyulur. Birinci prosedurdan sonra ağrılar azalır, sonda isə ağrı tamamilə keçir.

Əlavə olaraq babasil zamanı qəbizlikdən qorunmaq lazımdır, bunun üçün 200 qram təbii kənd südündən hazırlanılmış  kefirin içinə 2 çay  qaşığı zəyərək tozu qarışdırıb, gündə 2 dəfə yeyə bilərsiniz. Başqa bir vasitə kimi 1 ədəd badımcanın yaşıl hissəsini 1 stəkan suda 15 dəqiqə dəmləyib yeməkdən əvvəl 1 stəkan içmək lazımdır, bunu gündə 2 dəfə səhər və axşam edə bilərsiniz, müalicə müddəti 2 həftədir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.