Babasilin çarəsi

Babasil

Babasili olan xəstə böyük bayıra çıxandan sonra soyuq su ilə yuyunmalıdır, bu, həm də qurd xəstəliyinin profilaktikası üçün yaxşıdır. Bundan əlavə qəbizliyin qarşısını almaq üçün gündə 5 km-dən çox gəzməli və bitki qarışıqlarından istifadə etməlidir.

Babasilin çarəsi üçün resept:

  • Zeytun yarpağı – 50 qram
  • Bağayarpağı – 50 qram
  • Dəvədabanı – 50 qram
  • Səna – 50 qram

Bu bitkilər bir-birinə qarışdırılır, 2 orta  xörək qaşığı 3 stəkan suda termosda dəmlənilir, gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Başqa bir resept:

  • Üzərlik toxumu – 50 qram
  • Həlilə – 50 qram

Bu bitkilər tavada qovrulur, sonra toz formasına salınır, 1 çay qaşığı 1 stəkan suda həll edilərək, gündə 3 dəfə yeməkdən əvvəl içilir.

Gündə 5-6 dəfə pambıq parçası təbii alma sirkəsində (marketdə satılanlardan istifadə etmək olmaz) isladılır, anus dəliyinin ətrafına çəkilir.

Əgər babasil yarası dərinləşmişsə, o zaman bu reseptdən istifadə edilir:

Malın iç yağı əridilir, içinə aloe yarpağı tökülür, əlavə 5 dəqiqə bişirilir, sonra süzülür. Yağ şam formasına salınır, gündə 3-4 dəfə düz bağırsağa yeridilir. Bu, yaraların açılıb təmizlənməsinə səbəb olur.

Xına suda bişirilir və gündə 1 dəfə babasil düyünlərinin üzərinə çəkilir, 1 saatdan sonra soyuq su ilə yuyulur.

Qəbizliyin qarşısını almaq üçün gavalı, əncir, şirin alma, üzüm, kök, çuğundur kimi meyvələrin özlərindən və ya şirələrindən, həmçinin zeytun yağından istifadə edə bilərsiniz. Qəbizliyin qarşısını almağın bir yolu da hər gün yeyin-yeyin gəzmək yeməkdən əvvəl və sonra 1 stəkan çiy su içməkdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.