Bağ toxuması, Revmatizm xəstəlikləri, Fibromialgiya və onların təbii yolla müalicəsi

Revmatizm Fibromialgiya Müalicə Faydalı Çarə Resept

Bu tip xəstəliklər əsasən oynaq ətrafı yumşaq toxumalarda, əzələlərdə, bəzən oynaqlarda ağrılarla müşahidə olunur. Bu xəstəliklərdə qanda CRZ ( C-reaktiv zülal), ASO (antistreptolizin) və RF (revmatoidli faktor) bəzi hallarda CCP analizinidə verib nəticələrə baxıb müalicələrə başlamalı, müalicələrin effektinidə bu analizləri izləməklə dəyərlindirməlisiniz. Qanda CRP miqdarı yüksəldikcə ağrılarda da artmalar çoxalır. Oynaq ətrafı yumşaq toxumanın iltihablaşması bəzən həmin toxumanın əvvəlcə sərtləşməsinə daha sonra isə oynaqların əyilməsinə səbəb olur. Xəstəliklər şiddətləndikcə oynaqlardı şıqqıltılar çoxalır, oynaqlarda həmişə soyuq hissi olur, əzələrdə sızıltılı ağrılar davam edir. 

Əzələ revmatizması (fibromialgiya)

Revmatizma oynaq ətrafı və əzələrdə birləşdirici bağlarda toxumaları zədələyən bir xəstəlik olub, müalicə olunmadıqda ürək qüsurları əmələ gətirə bilən bir xəstəlikdir. Rematizma xəstəliyində dizlərdə topuqlarda və başqa oy naqlarda daha çox yaz və payız aylarında güclü ağrılar baş verir. Əslində elə bu vaxtlarda

Reseptlər.

  • Ud hindi tozu 400 qramQarazirə tozu 400 qramBitkilər tam qurudulmuş formada olmalı qəhvəüyüdəndə üyüdüldükdən sonra bir birinə qarışdırıb, salafan kuloka tökülüb kip bağladıqdan sonra saxlamalısınız. Bu qarışımdın hər dəfə təxminən 100 qram ağırlığında götürüb ağzı kip bağlanıla bilən şüşə qaba tökürsünüz. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içirsiniz. Şüşə qabda olan 100 qram toz qarışığın qapağını bərk bağlayın ki, hava keçirib efirli birləşmələrini uçurmasın.
       
  • Sarıkök tozu 400 qram, zəncəfil tozu 100 qram, hil tozu 100 qram.
    Bitkilər tam qurudulmuş formada olmalı qəhvəüyüdəndə üyüdüldükdən sonra bir birinə qarışdırıb, salafan kuloka tökülüb kip bağladıqdan sonra saxlamalısınız. Bu qarışımdın hər dəfə təxminən 100 qram ağırlığında götürüb ağzı kip bağlanıla bilən şüşə qaba tökürsünüz. Gündə 3 dəfə yeməkdən 50 dəq əvvəl 1 çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içirsiniz. Şüşə qabda olan 100 qram toz qarışığın qapağını bərk bağlayın ki, hava keçirib efirli birləşmələrini uçurmasın.  
  • Bibəriyyə 300 qram, boymadərən 300 qram, 3 stəkan suya hərəsindən 1 orta xörək qaşığı qarışdırıb dəmləməli, gündə 3 dəfə yeməkdən 40 dəq əvvəl 1 stəkan içməli.  
  • Xardal tozu qarası 40 qram, güldəfnə 70 qram, propolis 50 qram, çiçək tozu 50 qram, dəfnə toxumu 70 qram, gəzəngi balı 1 kq.

    Xəstəliyin çox ağrıyan yəni kəskinləşən dövrlərində revmatizmya səbəb olan beta hemolitik streptokokklar xarici qılaf təbəqələrini dağdaraq insan orqanizmində sürətlə çoxalıb xəstənin vəziyyətini dahada ağırlaşdırırlar.Məcun hazırlayıb gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı yemək lazımdır.  
  • Qarazirə yağı – hər axşam ağrıyan oynaqlara çəkib 5 dəq masaj etməli.  
  • Hicama – Bel 5 diz ətrafları 3+3 topuq ətrafı 2+2 baldırlar 3+3, (hicama 2 dəfəyə olmalı ara 7 gün) daha ətraflı həcəmət müalicəsi kitabıma baxa bilərsiniz.  
  • Revmatizma xəstəliyində yaz aylarında yetişmiş tutu yığıb 4-5 vedrəqıcqırdırsınız sirkə iyi gələnə qədər gözləyirsiniz, sonra böyük bir boşqaya töküb gündə 1 dəfə 30-40 dəq boşqanın içində oturursunuz. Durandan sonra su ilə yaxalanırsınız.     

Bu müalicəni 1 ay edə bilsəniz çox faydalıdır. Sonda. Xatırladım ki, bu müalicəni ildə 2 dəfə yaz və payız aylarında 3 il etmək lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.