Balın faydaları

Balın faydaları

Bal qida vasitələrinin içində ən tez həzm olunandır. Balın tərkibindəki fruktoza o qədər tez qlükozaya çevrilir ki, buna balın içindəki başqa birləşmələr belə mane ola bilmir. Çox sürətli bir enerji mənbəyidir, bal şərbəti 6-8 dəqiqə ərzində artıq bizim bütün bədənimizə yayılır.

Buna görə yorğun, halsız, anemiyalı insanlar üçün bal şərbəti əvəzolunmazdır, qanyaranmanı sürətləndirir. Orqanizmə kənardan daxil olan qanyaradıcı qidaların içində birinci yeri bal tutur. Bal nəinki yeni qan əmələ gətirir, hətta qanımızı təmizləmək üçün də ən yaxşı qida vasitəsi hesab olunur. Bal qan dövranını nizamlayır, ziyanlı xolesterinin miqdarını aşağı salır və damarları elastik edir.

Bal ən güclü antibiotikdir. Antibiotikin təsirindən bakteriyalar, kif göbələyi və mikroblar məhv olur. Balın mükəmməl tərkibi təmiz balın 4 əsr xarab olmadan qalmasına səbəb olur.

Bal ən güclü antioksidantdır

Əgər sağlam yaşamaq istəyirsinizsə, bədən üçün ən vacib, lazımlı maddə antioksidantlardır. Antioksidantlar bizim sağlam mübadilə proseslərimizin qarantıdır.

Bal vitamin və mineral mənbəyidir. Tərkibində qlükoza, fruktoza, maqnezium, kalium, kalsium, dəmir, kükürd, fosfor, mis, yod, sink mineralları, B1, B2, C, B6, B5, B3 vitaminləri olduğundan, vitaminsizlik və mineral çatışmazlığı üçün ən yaxşı qidadır.

Bal ən yaxşı yarasağaldıcıdır. Yaraların üzərinə vurulduqda dəri əmələ gətirən epitel toxumasının yaranmasını sürətləndirir, bu da yaraların qısa zamanda sağalmasını təmin edir. Kəsilmiş, yanmış yerlərin izinin qalmasını istəmirsinizsə, onda balla müalicə edin, çünki bal kollagen liflərin bir-birinə bağlantısını daha tez əmələ gətirir. Bal hətta şişmiş yaraların şişinin çəkilməsi üçün də istifadə olunur, çünki bal dərialtı qan dövranını sürətləndirir. Bel ağrılarında bal mükəmməl bir vasitədir. Belə ki, bal axşamdan belə çəkilir, üstünə bez parça bağlanılır, səhərə qədər saxlanılır. Bunu bel ağrısı tamamilə keçənə qədər edə bilərsiniz. Bel ağrılarında başqa bir resept: kələm yarpağına bal yaxılır, belə və ya ağrıyan hər hansı bir oynağa qoyulub bağlanır, axşamdan səhərə qədər saxlanır. Ağrılar tam keçənə qədər  müalicə davam edilməlidir (kələm yarpağı əvvəlcə bıçağın ucu ilə bir neçə yerdən dilimlənir).

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.