Faydalı Sağlamlıq Ümumi Xalq Təbabəti

Başdan həcəmət etməyin faydaları

Başdan həcəmət etməyin faydaları

Bəzən xəstələrimə başdan həcəmət yazanda ya çoxusu etdirmək istəmir, ya da çox qorxurlar. Hətta təəccüblənənlər belə çox olur ki, başa banka qoymaq olarmı? Deyim ki, bəli, olar və inanılmaz faydaları da var. Bildiyimiz kimi, baş bədənimizin padşahıdır, başımız sağlamdırsa, deməli bədənimiz möhkəm əllərdədir. Nəzərə alsaq ki, başımızda da beynimiz var, onda başa daha qayğı ilə yanaşma tələb edir. Başdan edilən həcəmət birinci növbədə baş dərisinə təsir edərək saçların soğanaqlarının qidalanmasını yaxşılaşdırır və saç tökülmənin qarşısı alınır, hətta təzə tökülmüş saçlar yavaş-yavaş tüklənməyə başlayır. Keçək beynimizə başdan edilən həcəmət beyin qidalanmasını yaxşılaşdırır, bildiyimiz kimi beynimizdə gündə bir neçə litr maye istehsal olunur və onurğa beyinə ötürülür. Əgər başda əmələ gələn maye onurğaya müxtəlif səbəblərdən ötürülə bilmirsə, bu zaman həmin maye əvvəlcə beynimizə olan bir neçə hava ciblərinə dolur, daha sonra isə başda güclü ağrılar baş verir, həcəmət həm başın daxilindəki təzyiqi azaldır, beyindaxili mayeni durulaşdırır və axımını rahatlaşdırır, bununla da baş beynimizlə paralel onurğa beynimizə müalicə etmiş oluruq. baş həcəməti həm də beyində əmələ gəlmiş işemik ocaqların müalicəsində əvəzolunmazdır. Əgər beynimizi qidalandıran damarlarda müxtəlif mənşəli daralmalar varsa və ya qanın tərkibindəki qatılıq beynimizin tam qidalanmasının qarşısını alır, sonda beyində işemik ocaqlar əmələ gəlir. Bu zaman başdan 4 ədəd, kürəkdən 6 ədəd həcəmət etdirmək və bu həcəməti gələn aylarda da mütəmadi etdirmək beyində əmələ gəlmiş işemik ocaqların müalicəsində əvəzolunmazdır. Əgər sizlərdə təzə-təzə ağır eşitməməzlik başlamışdırsa həmən hər qulaq ardından 1 ədəd həcəmət etdirin, həcəməti edən kimi ağır eşitməzlik aradan qalxacaqdır. Qulaqlarda səs əmələ gəlməsi anda həcəmət mükəmməl bir müalicə vasitəsidir. Qulaqda səs küyün əmələ gəlməsi həm daxili qulaqdan, həm də beyin-qan dövranının pozulmasının nəticəsi ola bilir. Daxili qulaqdan qaynaqlanan səs küy çox hallarda daxili qulaqda qan dövranı pozğunluğu nəticəsində əmələ gəlmiş sklerozlaşma nəticəsində əmələ gəlir. Nəyə görə daxili qulaqda sklerozlaşma əmələ gəlir, çünki sklerozlaşma qan dövranın pozğunluğunun nəticəsidir, həm beyin-qan dövranı pozulmalarında, həm də daxili qulaq sklerozlaşmasında başdan edilən həcəmət əvəzolunmaz təsir göstərir. Daha sonra başdan edilən həcəmət insanın əzbərləmə qabiliyyətini artırır, əgər oxuduğunuz həmən yadınızdan çıxırsa, diqqət zəifliyindən əziyyət çəkirsinizsə, göz görmədə zəiflik və göz sulanması tez-tez olursa başdan həcəmət etdirmək əvəzolunmaz bir müalicə vasitəsidir. Başdan edilmiş həcəmət həm də müalicəsi olmayan qlaukomanın (qara su və ya gözdaxili təzyiqin artması) müalicəsində olduqca faydalıdır. Əgər gözdaxili təzyiqdən əziyyət çəkirsinizsə başdan həcəmət etdirin və sonra gözdaxili təzyiqinizi yoxlatdırın, onda mənimlə razılaşacaqsınız.

Bu yazıları oxuyan əziz oxucum yazdığım bu sözlər gəlişi xoş olan sözlər xatirinə yazılmış sözlər deyil, ən azından oxuduqdan sonra bunu sınayın, hətta başınızda heç bir problem olmasa belə yenə də sınayın, başdan edilmiş həcəmət sanki insanı yenidən doğulmuş kimi edir. Başdan edilən həcəmətdən sonra ən çox miqdarda xoşbətlik hormonlarının istehsalı başlayır, insana o qədər əminlik və rahatlıq duyğusu gəlir ki, sanki insan 5 dəqiqə bunan əvvəlki insan deyilmiş. Kitab oxuyanda, və ya telefona baxanda göz sulanması, hərflərin qaçması, ikiləşməsi olursa həmən həcəmət etdirin, nəticə yenə də mükəmməldir. Belə bir xəstəlik var Alzaymer yəni yaddaşın itməsi belə insanların beyni yavaş-yavaş balacalaşır və sonda belə insanlar ən əziz adamlarını belə tanımırlar, belə insanlara qulluq etmək isə bir zillətdir, özlərinə nəzarəti itirir, yediyi yemək yaddan çıxdığından daima yemək istəyir, yerli yersiz paltarlarını soyunur, 30-40 il bunan əvvəl olmuş söhbətləri nizamsız vəziyyətdə edir, evdən çıxır geri qayıda bilmir, kimsə evə gətirmək üçün yardım etmək istəyir, alınmır, çünki heç nə yadda deyil və sair. Bu yazdığımı daha da da uzada bilərəm, bu yazılanları oxuduqca düşünün, bu halları yaşayanlar bir ata bir anadır, onlara övladları qulluq etmək məcburiyyətindədirlər. Bilirsinizmi nəyə görə bu xəstəlik əmələ gəlir, çünki beyin qidalanması pozulur, sonda beyin öz funksiyalarını itirir. İnsan oğlü ildə 2-3 dəfə başından 3-4 ədəd həcəmət etdirsə, yazdığım bu qədər ağır xəstəliklər baş verməz. Beyin daxilindəki müxtəlf kistaların müalicəsində başdan edilmiş həcəmət müalicəsi əvəzolunmazdır. Məsələn hipofiz vəzisində əmələ gəlmiş balaca bir kista həm güclü bir baş ağrısı verir, həm də qadınlarda prolaktin hormonun yüksəlməsinə səbəb olur ki. Buda sonsuzluqla nəticələnir. Yenə də başdan mütəmadi edilmiş həcəmət burda bizim köməyimizə çata bilər. Alında əmələ gəlmiş fronit və əng ciblərində əmələ gəlmiş haymoritin müalicəsi bəzən illərlə çəksədə müalicə oluna bilmir və xroniki formada insanı bütün həyatı boyu təhdid edir. Haymoritin müalicəndə hər yanağa 1 ədəd banka qoyulur və yaxşı olar 10 gün sonra yenə də hər yanaqdan 1 ədəd banka qoyulsun, frontitin (alın ciblərinin iltihabı) müalicəsində də alının yuxarı tük bitən yerindən 2 ədəd həcəmət olunur, həcəmət olunan kimi həm ağrılar keçir, həm də iltihab əlamətləri, biz klinikamızda bu formada həcəmətdən sonra həm də zəli proseduru təyin edirik, sonda nəticələr tam effektlə nəticələnir. Bir dəfə bir tanışım qardaşında psixi problemlərin əmələ gəlməsindən şikayətləndi, vəziyyət həqiqətəndə çox acınacaqlı idi, çünki psixi gərginlik keçirən adam evdə həddindən artıq aqresivlik edir, uşaqları döyür, evdə nə varsa sındırır və durmadan qışqırırdı, bu vətəndaşla bir neçə dəqiqə söhbətdən sonra çox çətinliklə başdan həcəmət etməyə razı sala bildik, başdan 4 ədəd həcəmətdən sonra pasiyentin vəziyyəti 180 dərəcə dəyişdi, beləki həcəmətdən sonra çox sakit başa düşülən bir insana çevrildi, bu insana tez tez ruqiyyələr dinləməsini tövsiyyə etdim, hələ də bu insanla əlaqəm var, vəziyyəti tamamilə normal ailəsinin və işinin üstündədir, demək olar 3-4 aydan bir gərginlik halları olur, həmin vaxtlarda da həcəmət etdirdikdən sonra aqesivlik keçib gedir. Əgər bizim psixiatrik xəstəxanalarımızda başdan həcəmət və bu xəstələrə gündə 2 saat ruqiyyələr oxudulsa, həm xəstələr idarə olunan vəziyyətə gələr, həm də xəstəxananın demək olar yarısı xəstəxanadan evə buraxılar. Yenə də bir dəfə bir vətəndaş oğlundan şikayətləndi deməli oğlu 25 yaşında uşaqlıqda beyin iflici keçirib beyin inkişafdan qalıb 25 yaşında olmasına baxmayaraq 2 yaşında uşaq ağlında bir insan idi. Atanın şikayəti oğlunun həddindən artıq aqressiv olması evdəki digər uşaqları öldürmə dərəcəsinə çata biləcək formada incitməsi idi. Atanın dediyinə görə əgər evdə olan olmasa uşaqları öldürə biləcək dərəcədə aqresivliyi var idi. Çox çətinliklə bu pasiyentin başından 5 ədəd həcəmət edə bildik. sonra valideynləri həcəmət olunmasını öyrəndikdən sonra bu prosedurdan sonra valideynlər özləri həcəmətə davam etdilər. Nəticə isə biz gözlədiyimizdən qat-qat artıq oldu ,deməli birinci həcəmətdən sonra aqresivlik tamamilə keçdi, olduqca sakit bir insana çevrildi, səhərdən axşama qədər otağın bir küncündə sakit oturub baxırdı, 2 ci həcəmətdən sonra atası yenə mənə yaxınlaşdı gözləri dolmuş vəziyyətdə idi, hal əhvaldan sonra söylədi ki, oğlum 25 yaşında birinci dəfə ata ana sözünü dedi. Deməli pasiyentimiz təzə-təzə danışmağa başlamışdı. Atanın təəssüfləndirən digər bir səbəb o idi ki, deyir əgər biz uşağa hələ kiçik yaşlarından başdan həcəmət etdirsəydik, indi uşaq tamamilə başqa bir insan olardı.

Əziz oxucu bunları yazmaqda məqsədim sizi təəccübləndirmək deyil, bu yazılanları oxuyub ətrafınızda, qohum əqrabanızda belə xəstələr varsa başından həcəmət etdirin, vəziyyətlərindəki müsbət dəyişiklikləri elə sabahı gün görəcəksiniz. Beyin iflici keçirmiş körpələrimiz var bu uşaqların vaxtında başından hər 2-3 aydan bir başdan həcəmət etdirilməsi uşaqların beyin toxumasının normal inkişafına səbəb olar, xasiyyətlərindəki aqressivlik keçər, demək olar heç bir şikayətlərdən şikayətlənməzlər. Beyin iflici keçirmiş xəstələrin hər bir əzası normal inkişaf etsədə beyinləri inkişafdan qalır demək olar ki, beyin normal orqanlarla müqayisədə 5-7 dəfə az inkişaf etmiş olur, yenə də bunları yazmaqda məqsədim odur ki, belə xəstələri zamanın ödəsinə buraxmayın, zaman bu xəstələrin tam əksinə sayır. Belə xəstələri vaxtında baş həcəməti etdirməklə beyinin inkişafdan qalmasını önləyə bilərsiniz. Həcəmətlə baş dərisinin kapilyarlarının içini tutmuş maneələr aradan qalxır, baş dərisinin normal qidalanması həm də beynimizin normal qidalanmasına səbəb olur. Həcəmətdən sonra beyinə qan girişi və çıxışı daha da sürətlənir, sonda beyində əmələ gəlmiş durğunluq aradan qalxır.

Paylaş: